Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pambıqla bağlı təzadlı fikirlər və rəqəmlər... - Dövlət proqramı yerinə yetirilib?

Bəzi ekspertlər hesab edirlər ki, pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatının digər sahələrində problemlər yaranıb...

Vüqar Hüseynov: “Pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatının digər sahələrində problemlərin yarandığını idda edən ekspertlərin kimlər olduğunu bilmirəm. Bu iddialar kökündən yalnışdır”.

Natiq Cəfərli: “Doğrudan da, kənd təsərrüfatı sahəsində pambıqçılığın prioritet elan olunması ən azından bir çox sahələrə də mənfi təsir göstərdi”.

Bildiyimiz kimi Azərbaycan hökuməti 2017-ci ilin iyul ayında “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” qəbul etmişdi. Həmin proqramda göstərilirdi ki, 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək. Lakin bu proqram nəinki yerinə yetirilməyib, hətta istehsalda geriləmə var.

Dövlət proqramının yerinə yetirilməməsi ilə bağlı nə demək olar? Bunun səbəbi nədir? Bəzi ekspertlər isə hesab edirlər ki, pambıqçılığın inkişafı ilə bağlı kənd təsərraüfatının digər sahələrində problemlər yaranıb. Belə ki, əkin sahələrinin pambığa ayrılması digər məhsulların istehsalını azaldıb və bu da daxili bazarda qiymətlərin artmasına səbəb olub. Bəs bu barədə nə demək olar?

Pambıqçılıqla bağlı yaranan təzadları PİA.az-ın əməkdaşı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov və iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Vüqar Hüseynov: “Pambıq qazanclı sahədirsə, fermer niyə pambıq əkməsin?”.

Pambıq əməyin tutumlu bir sahə olduğunu vurğulayan nazirlik rəsmisi bildirib ki, bu ölkədə heç kəsə məcburi şəkildə pambıq əkdirmirlər:

“Pambıq üzrə orta məhsuldarlıq göstəricisi 2,42 sentner artıb.

2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322300 ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 30,92 sent/ha təşkil edib.

Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35259 ton daha çox məhsul yığılıb. Ümumi məhsuldarlıq göstəricisi isə əvvəlki illə müqayisədə 2,42 sent/ha artıb.

Vüqar Hüseynov: “2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də, tarlalardan 35259 ton daha çox məhsul yığılıb”.

Pambıqçılığın inkişafı ilə bağlı kənd təsərrüfatının digər sahələrində problemlərin yarandığını idda edən ekspertlərin kimlər olduğunu bilmirəm. Bu iddialar kökündən yalnışdır. Pambıq əmək tutumlu bir sahədir və bu ölkədə heç kəsə məcburi şəkildə pambıq əkdirmirlər. Fermerlər pambığın dövlət tərəfindən dəstəklənən və gəlirli sahə olduğunu bilərək pambıq əkməyə qərar verirlər.

Müqayisəli təhlil deyilən bir şey var. Tutaq ki, fermer A bitkisini əkib 5 manat qazanırsa, B bitkisini eyni sahəyə əkib 15 manat qazansa, təbbi ki, B bitkisinə üstünlük veriləcək. Dövlətin də yürütdüyü aqrar siyasətin əsas məqsədi fermerlərin bu sahədəki fəaliyyətlərini dəstəkləməkdir.

Nəticə etibarilə 2022-ci ildən pambıqçılıqla bağlı sırf məhsul subsidiyasına keçirilib. Fermer nə qədər çox pambıq istehsal etsə, bir o qədər də çox dövlətdən subsidiya alır. Eyni zamanda ötən il pambığın alınma qiyməti 50+50 manat olmaqla iki dəfə qaldırılıb. Yəni fermer həm pambığı satanda qazanır, həm də daha çox istehlak etdiyinə görə daha çox subsidiya alır.

Torpağın sahibi də, pambıqçılıqla məşğul olanlar da fermerlərdir.

Birincisi, kiməsə pambıq əkməyi qadağan etmək olmaz.

İkincisi, əkin sahələrinin artması iddiası yalandır. Çünki 2019-2020-2021-2022-ci illərdə ölkədə pambıq əkini sahələrinin həcmi dəyişməyib. Təxminən 100 min hektardan bir qədər artıq sahədə hər il pambıq əkilir. Yəni bir il başqa hektarda, o biri il başqa hektarda pambıq əkilsəydi və bunun təsiri araşıdırlsaydı onda ekspertlər deyən idi. Amma əkin sahələri dəyişməyib.

Vüqar Hüseynov: “Hansı möhtərəm ekspert deyir ki, pambığın əkilməsi digər bitkilərin əkilməsinə maneçilik törədib”.

Üçüncüsü, əsas əkinlər payızda aparılır. Yəni yazda çox az əkin aparılır. Payızda isə tütün, şəkər, çuğundur, pambıq əkilir. Bunlar da boş olan ərazilərdə əkilir. Kimsə payızda deyil, yazda əkibsə, buna da fermer qərar verir. Bu ölkədə 1996-cı ildən torpaq islahatı aparılır. Torpaq da bütünlüklə fermerlərə verilib. Hər bir məsələyə də fermer özü qərar verir.

Dördüncüsü, ölkənin əkin balansında 1 milyon 800 min hektar sahə var. Bunun cəmi 100 min hektarında bitki əkilirsə, hansı möhtərəm ekspert deyir ki, pambığın əkilməsi digər bitkilərin əkilməsinə maneçilik törədib.

Beşincisi də, pambıçılıq ənənəsi olan rayonlarımız var. Əsas pambıq əkini də o rayonlarda aparılır. İldən-ilə də pambıq əkilən rayonların sayı azalır. Bu da subsidiya siyasəti ilə tənzimlənir. 50-60-ildir pambıq əkən rayonlar var. Eyni zamanda fermerlərdə pambıq əmək təcrübəsi var. Pambıq qazanclı sahədirsə, fermer niyə pambıq əkməsin?

Natiq Cəfərli: “Əsas odur ki, bizim pambıqçılıqla bağlı strateji yol xəritəmiz olsun”.

2015-2016-ci illərə qədər ölkədə cəmi 30-40 min ton civarında pambıq istehsal olunduğunu xatırladan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, sonradan bu rəqəm 150 min tona, indi isə 230-240 min tona qədər artıb. Nəzərə çarpacaq artım var:

“Dövlət proqramının istehsalın artırılması istiqamətində görülən işlərdə irəliləyiş var. Amma digər sahələrdə problemlər qalır. İstehsalat zəncirinin qurulması da hədəf kimi qoyulmuşdu. Amma təəssüf ki, bu yerinə yetirilmədi.

Azərbaycanda pambıqçılığa maraq təqribən 2015-2016-ci ildən artmağa başladı. Neftin qiymətinin düşməsi, devalvasiyayalar, iqtisadi çətinliklər alternativ gəlir mənbəyinin artırılması üçün hökuməti düşündürməyə və müəyyən addımlar atmağa sövq etdi. Məsələn 2015-2016-ci illərə qədər ölkədə cəmi 30-40 min ton civarında pambıq istehsal olunurdu. Ən sonradan bu rəqəm 150 min tona, indi isə 230-240 min tona qədər artıb. Nəzərə çarpacaq artım var.

Amma problem odur ki, biz bu sahədə də bir istehsal zənciri qura bilmədik. Yəni pambığı xam mal kimi daha çox ixrac edirik. Amma bunun emal müəssisələrində parçaya çevrilməsi kimi bir zəncir qurulsaydı bu daha çox əlavə dəyər, daha çox iş yerləri, daha çox qazanc yaradardı.

Natiq Cəfərli: “Pambığı xam mal kimi satmaqdansa, onu ipliyə, parçaya və hazır məhsullara çevirərək özümüz istehsal etməliyik”.

Doğrudan da, kənd təsərrüfatı sahəsində pambıqçılığın prioritet elan olunması ən azından bir çox sahələrə də mənfi təsir göstərdi. Məsələn örüş yerlərində pambıq əkilməyə başladı. Bu da mal-qaranın yem bazasını zəiflətdi. Yaxud da pambıqçılıq daha çox su tələb etdiyinə görə digər kənd təsərrüfatı məhsullarına su çatışmamazlıqları müşahidə olundu.

Yəni belə problemlər var və bu problemlər həll olunası problemlərdir. Amma əsas odur ki, bizim pambıqçılıqla bağlı strateji yol xəritəmiz olsun. Yəni pambığı xam mal kimi satmaqdansa, onu ipliyə, parçaya və hazır məhsullara çevirərək özümüz istehsal etməliyik. Amma təəssüf ki, hələ bu yöndə ciddi irəliləyiş yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar