Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?

Bakıda xarici ölkə vətəndaşlarının bank kartlarından külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Pakistan vətəndaşı, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Mustafa Ghulama hökm oxunub.

Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1996-cı il təvəllüdlü M.Ghulam Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı bildirilib ki, pakistanlı tələbə əlbir olduğu və xaricdə yaşayan cinayətkar qrup üzvləri ilə birgə ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edib.

Daha sonra Bakıda yaşayan Mustafa həmin bank kartı məlumatları əsasında onlayn satış həyata keçirən mağazalardan alış-verişə başlayıb.

O, bir neçə mağazalardan ümumilikdə dəyəri 228 418 manat olan bahalı əşyalar, qol saatları, telefonlar və digər məhsullar alıb və kuryer xidməti vasitəsilə həmin malları əvvəlcədən tutduğu evə gətizdirib. Bir neçə ay əvvəl isə M. Ghulam həmin malları metronun “Neftçilər” stansiyası yaxınlığındakı mağazalara dəyərindən ucuz qiymətə satıb.

Daxil olmuş şikayətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Əməkdaşlarının həyata keçirdiyi əməliyyatla pakistanlı gənc saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2022-ci il tarixli hökmü ilə ona 7 il 6 ay müddətinə həbs cəzası verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar