Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özünü erməni dövlətçiliyinin “qurucu babası” sayan ABŞ prezidenti – Vaşinqtonun tükənməyən erməni sevgisi...

Kamal Əliyev,
Politoloq

ABŞ prezidenti "erməni soyqırımı"iddialarını çürüdən polyak əsilli türk diplomat Alfred Rüstəm Blinskini niyə persona non-qrata elan etdi?

"Öz adımla qələmə aldıgım bu kitabı Türkiyəni, türk xalqının günahkar olmadıgını sübut etmək üçün yazıram. Ehtiraslardan ibarət olan erməni məsələsində, erməni komitələri və müttəfiq dövlətlərlə əlaqədar çox acı həqiqətləri ortaya çıxarıram. Yenə də təkrar edirəm ki, tarixə qarşı bu cinayəti həyata keçirənlər, tarixin istiqamətini dəyişənlər özlərinə gəlməlidirlər. Ermənilər lənətlərini türk xalqına deyil,müttəfiq dövlətlərə (ABŞ, Rusiya, Fransa) etməlidirlər". 

Bu sözlərin müəllifi "Erməni məsələsi" adlı kitabın yazarı, Osmanlı imperiyası və Türkiyə respublikasının diplomatı, görkəmli dövlət xadimi polyak əsilli Alfred Rüstəm Blinskidir. A.Blinskinin atası polyak, anası isə ingilis idi. Alfred Blinski və atası islam dinini qəbul etsə də, anası xristian qalmışdı. Alfred Rüstəm Blinski "Erməni Məsələsi" adlı kitabı İsveçrədə fransız dilində yazmışdı. Kitab türk dilinə tərcümə edilib və alıb oxumanızı şiddətlə tövsiyyə edirəm.

ABŞ prezidenti Vudro Vilson Rüstəm Blinskini niyə persona non-qrata elan etdi?

Beləliklə, 1894-cü ildə ABŞ senatında "Erməni məsələsi" müzakirəyə çıxarılır, hətta qanun layihəsi təqdim olunur. Və nəticədə amerikalı senatorlar erməniləri öldürdüyünə görə Osmanlı dövlətini qınayır. Bu hadisədən iki il sonra-1896-cı ildə bu dəfə ABŞ Konqresinin Nümayəndələr Palatasında ermənilərin öldürülməsi haqqında qərar layihəsi təqdim olunur və Osmanlı imperiyasına hərbi müdaxilə istənilir. Təsəvvür edin, 1894 və 1896-cı illərdə ermənilərin Osmanlı ərazisindən kütləvi deportasiyası (Təhcir), Birinci Dünya müharibəsi, Çanaqqala döyüşləri və Rusiyanın şərqdəki türklərə qarşı erməni çətələrindən istifadə olunmasına baxmayaraq, Dövləti-Aliyyə bu topluma qarşı müharibəyə başlamamışdı. Tam əksinə, Osmanlı bürokratiyasında, sarayda erməni əsilli şəxslər vardı. Bir ermənin həbsi (siyasi) belə, baş verməmişdi. Bu, o deməkdir ki, "erməni soyqırımı" elə o vaxtdan anqlo-saksonun mətbəxində hazırlanmış,bişirilmiş imperialist yalandır. Maraqlıdır ki, o zaman Rusiya və Fransa da ABŞ-ın bu geosiyasi yalanına, propaqandasına dəstək verirdilər. Nə hikmətsirsə, sonralar biz bu üç dövləti (Rusiya, ABŞ, Fransa) Daglıq Qarabag münaqişəsinin diplomatik yolla həllini nəzərdə tutan ATƏT-in Minsk Qrupunda gördük.

Beləliklə, 1914-cü ildə Alfred Rüstəm Blinski Osmanlının ABŞ-dakı səfiri təyin olunur. O zaman ABŞ mediasında ermənilərin türklər tərəfindən öldürüldüyü, onların hüquqlarının pozuldugu haqqında propaqanda aparılırdı. A.Blinski bütün bu uydurmalara elə mətuatda öz yazılarıyla cavab verməyə başladı. Hətta o vaxt "Evening Star" qəzetində A.Blinskinin müsahibəsi dərc olundu. Blinski məlum qəzetə müsahibəsində deyirdi: "Siz əvvəlcə güzgüyə baxın, öz kirli üzünüzü görün. Bizi qaralamaq istəyən ABŞ-ın üzqarası qətliamlarını hamı bilir". 

Şübhəsiz ki,A.Blinskinin müsahibəsi ABŞ-da böyük səs-küy yaratdı, ondan dərhal üzr istənməsi tələb olundu. Lakin A.Blinski üzr istəmədi və nəhayət, ABŞ prezidenti V.Vilsonun birbaşa təlimatıyla "persona non-qrata" elan edildi. Hətta A.Blinski belə demişdi ki, Amerika qəzetləri türk xalqı haqqında yalanlar yazır. Mən niyə üzr istəməliyəm ki... 

A.Blinski ABŞ mediasında erməni yalanlarını bir-bir ifşa edən polyak əsilli Osmanı diplomatı idi. A.Blinski türkdən daha çox türk olan bir polyak idi. Yeri gəlmişkən, A.Blinski Avstriyada politologiya təhsili almışdı və 7 xarici dil bilirdi.

Vudro Vilson erməni dövlətçiliyi ideyasının "qurucu babası" idi

ABŞ prezidenti o tarixdə özünü erməni dövlətçiliyinin "qurucu babası" sayırdı. Hətta V.Vilson özü şəxsən Osmanlı cografiyasında erməni dövlətinin sərhədlərini müəyyən etmişdi. Amerikalılar Osmanlının şərqini, Cənubi Qafqazın bir hissəsini əhatə edən erməni dövlətinin xəritəsini hazırlamışdılar. Belə ki, Ərzurum, Sivas, Bitlis, Diyarbakır və Trabzonu da amerikalılar öz aləmlərində ermənilərə hədiyyə etmişdilər.

1914-cü ildə A.Blinski vətənə geri dönür. 1919-cu ildə isə Osmanlı işgal olunur. A.Blinski, M.K.Atatürk, Rıfat Börəkçizadə əfəndi ilə Müqavimət Hərakatına (Kuvayi Milliye) qoşulur, Sivas konqresində iştirak edir, daha sonra isə Cumhuriyyət Xalk Firqəsinin (indiki CHP) Ankara məbusanı (millət vəkili) olur. Sultan Vəhdətdinin Mustafa Kamalla birlikdə ölüm fərmanı verdiyi şəxslərdən biri də A.Blinski idi. Hətta o vaxt Vəhdətdin İsmət İnönü, Fevzi Çakmak və Kazım Karabəkər haqqında edam fərmanı verməmişdi.

Amerikalılar Osmanlı daxilində "erməni məsələsi" mövzusunu necə yaratdılar?

Fərz edirəm ki, bu mövzu siyasətçilər, politoloqlar, tarixçilər və araşdırmaçılar üçün maraq kəsb etməlidir.  Amerikalılar 1850-ci ildən Osmanlı hüdudları daxilində misiyonerlik fəaliyyətlərinə başladılar. O tarixdə amerikalılar Osmanlı imperiyası ərazisində 80 lisey, 8 kollec və 16 qız məktəbi açdılar. İstanbulda, İzmirdə, Mersində, Kayseridə və Merzifonda açılan məktəblərdə 30 min şagird təhsil alırdı. İlk baxışdan, sizə elə gələ bilər ki, məktəb açmaq, təhsil vermək gözəl təşəbbüsdür. Lakin məsələ bu idi ki, Osmanlıda təsis edilən amerikan məktəblərində 100 il boyunca tək bir türk övladı təhsil ala bilməmişdi. Bu məktəblərdə ancaq ermənilər və başqa xristian xalqların uşaqları təhsil alırdılar. Hətta amerikalılar o zaman Osmanlı ərazisində 163 kilsə açmışdılar, müəyyən erməni şagirdlərini ABŞ-a aparıb univerisitetlərdə oxudurdular, onlara vətəndaşlıq verirdilər. Amerikalılar o vaxt Osmanlı ərazisində 9 xəstəxana və 10 duspanser açmışdılar və burada nə hikmətdirsə, həkimlər ancaq ermənilər olurdular. Osmanlı arxivlərinə görə,"Hnçak"və "Daşnaksütyun"un təməlləri də elə bu tarixdə atılmışdı. Sivas, Ərzurum və Elazığda açılan ABŞ konsulluqlarında amerikalılardan sonra ancaq etnik ermənilər işləyə bilərdilər.

Bu baxımdan deyirəm ki, erməni tarixi dərindən öyrənməlidir, Azərbaycanda ermənişünaslığı, erməni dilini, erməni tarixini, erməni apostol kilsəsini, qriqoriyanlığı öyrənən, araşdıran mərkəzlər yaradılmalıdır. Əminəm ki,ermənilər geopolitik şərtlərin onlara fürsət yaratdığı şəraitdə yenidən güclənəcəklər. Bu nöqteyi-nəzərdən gənc alimlər, tədqiqatçılar erməniçiliyi araşdırmalı, elmi əsərlər yazmalıdırlar. Biz bu problemi gələcək nəsillərə "ərmagan" etməməliyik.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Neftçalada şəhid dəfnində İran təxribatı - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

8 milyonluq mənimsəmə - Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb - Fotolar

İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxdı

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Prezident və birinci xanım Füzuliyə səfər edib - Fotolar, Yenilənib

Ən çox oxunanalar