Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özü-özündən imtina edən Qərb sivilizasiyası xaosla əvəzlənir?..

Qlobal sistemdəki güc boşluğu dünyanı xaosa sürükləyir. Bəs bu güc boşluğu necə aradan qaldırılacaq?..

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 18 Fevral 2020-ci il

“Soyuq Müharibə”nin ən qızğın dövründə qurulan Münhen Təhlükəsizlik Konfransının bu ilki zirvə görüşündə önə çıxan mövzu “Qərbsiz bir dünyanın gələcəyi ilə bağlı “narahatlıqlar” idi. “Qərbsizlik” olaraq ifadə edilən narahatlıqlar 56-cı Münhen Təhlükəsizlik Konfransının “2020-ci il Hesabatı”nın əsas mövzusunu təşkil edirdi. “Dünya getdikcə Qərbdən uzaqlaşır. Ən pisi isə odur ki, Qərbin özü belə get-gedə Qərbdən uzaqlaşa bilər”, açıqlaması hesabatın əsl mahiyyətini ifadə edir.

Məruzə Almaniyadakı “Xristian Demokratlar”ın bu günkü böhranı ilə gündəmə gətirilib. Hesabatda Rusiya, Çin və Hindistan kimi Qərbli olmayan ölkələrin yüksəldiyini və Qərbin nəzarətində olan qlobal sistemin dağılmaq üzrə olduğunu vurğulayır. Hesabatda son illərdə Qərbi bu vaxta qədər liberal demokratiya, insan haqları, azad bazar əsaslı iqtisadiyyat və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən beynəlxalq əməkdaşlıq kimi dəyərlərin qoruduğunu, lakin bu dəyərlərin get-gedə pozulduğu vurğulanıb.

Qərbin gedərək özündən uzaqlaşmasına Trampın ABŞ-da prezident seçilməsini, İngiltərənin Avropa Birliyindən çıxmasını və Avropadakı radikal və irqçi sağ partiyaların güclənməsini nümunə kimi göstərə bilərik. Trampın BREXİT liderləri ilə əlaqəsi və Avropanın digər AB əleyhinə olan partiyalarla cəbhəni genişləndirmək səyləri qlobalist hakim dairələri xeyli qorxudub. Hesabata görə, AB ideyası zəifləyib və ABŞ-la AB arasındakı ortaq mövqe bitmək üzrədir.

ABŞ-ın Çinlə apardığı rəqabət də AB-ni iki variant arasında qoyur. ABŞ AB ölkələrini Çinlə iqtisadi və texnoloji cəhətdən əməkdaşlıq etməməyə məcbur edir. ABŞ Avropa İttifaqı ölkələrini, eləcə də Böyük Britaniyanı Çinin telefon şirkəti olan “Huawei”nin yeni nəsil texnologiyasını (5G) almamağa məcbur edir. Bu təzyiqlər bir çox sahədə, xüsusən NATOİran Nüvə Sazişində özünü göstərir.

Dəfələrlə qeyd etdiyimiz kimi, Avropada populist sağ partiyaların artması AB tərəfdarı olan mərkəzi partiyaları zəiflədir. Hətta populist partiyalar demək olar ki, “yeni bir norma” təmsil edirlər. Əsas partiyalar isə onları təqlid etməyə və üstəlik bu partiyalarla əməkdaşlıq etməyə hazırdırlar. Məruzədə deyilən “Qərb getdikcə qərbdən üz döndərir” ifadəsi bu vəziyyətdən xəbər verir.

Almaniya kansleri Angela Merkel “Xristian Demokrat” Partiyası-CDU-nun rəhbərliyini tərk etmiş və onun yerinə hələ də Müdafiə naziri vəzifəsini icra edən Anneqret Kramp-Karrenbauer gətirilmişdi. “Mini Merkel” olaraq adlandırılan Karrenbauer “Xristian Demokratlar”ın ən perspektivli Baş nazir namizədi idi. Ancaq maraqlıdır ki, Karrenbauer partiya rəhbərliyindən istefa edərək XDU-dakı işləri qarışdırıb. İndi hər kəs “Xristian Demokratlar”ın yeni liderinin kim olacağını düşünür.

Almaniyanın Türingen şəhərindəki seçkilərdə “Xristian Demokratlar”, “Azad Demokratlar” ilə AB əleyhinə olan, irqçi “Almaniya üçün Alternativ Partiyası-AfD” müttəfiq olublar. Liberal Sağ Hərəkatdakı “Azad Demokratlar”ın namizədi Tomas Kemmerix bu sayədə Baş nazir seçilib. Kemmerix 1945-ci ildən bəri irqçi partiyanın dəstəyi ilə seçilən ilk şəhər Baş naziri olub.

Merkel bu ittifaqa olduqca şiddətli reaksiya verib. Onun fikrincə, demokratik partiyaların “AfD”nin dəstəyinə ehtiyacı yoxdur. Reaksiyalardan sonra Kemmerix Baş nazir vəzifəsindən, Karrenbauer isə “XDU” rəhbərliyindən istefa verib. AB-nin mərkəzi ölkəsi olan Almaniyadakı bu inkişaf “Münhen Təhlükəsizlik Hesabatı”nda ifadə olunan narahatlıqlara ən konkret nümunədir. “Təhlükəsizlik Hesabatı” bu günə qədər qlobal sistemdə hakim olan Qərbin ekzistensial bir böhranla üzləşdiyini göstərən bir mətn kimi hələ çox müzakirə ediləcək.

Qlobal sistemdəki güc boşluğu dünyanı xaosa sürükləyir. Bəs bu güc boşluğu necə aradan qaldırılacaq? Qorxulu inkişafların astanasında olsaq da, bu qeyri-müəyyənlik qlobal sistemin sərhəd ölkələri üçün yeni imkanlar yarada bilər. Türk və İslam dünyası bu tarixi imkanlardan yararlanmağa hazırdırmı? Bütün zəif cəhətlərinə baxmayaraq, türk və İslam dünyası bəşəriyyətin və sülhün yeganə mənbəyi kimi daşıdığı dəyərləri yaxşıca dərk etməlidir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar