Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanın Qaraqalpaq problemi... - Rusiya Mərkəzi Asiyada yeni separatizm ocağı yaradır?

Mərkəzi Asiyada qazax-özbək qarşıdurması hansı səbəblərdən Rusiyanın işinə yaraya bilər?..

Politoloq: “Baş verənlər Özbəkistanın bu gün nisbətən müstəqil siyasət yürütmək istəməsi ilə bağlıdır. Çünki Rusiya Özbəkistanı da Mərkəzi Asiya ölkəsi olaraq öz orbitində oturan bir peyk kimi görmək istəyir”.

“Özbəkistan və Qazaxıstan münasibətlərinin korlanmasını mən qətiyyən gözləmirəm”.

Bu sözləri politoloq Natiq Miri Özbəkistanda baş verən prosesləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib. Bununla bağlı müddəa Konstitusiya dəyişikliyi layihəsində yer alıb. Bundan başqa, Konstitusiyaya dəyişikliklə bağlı ictimai müzakirələrin daha 10 gün uzadılaraq iyulun 15-nə qədər aparılmasına qərar verilib.

Qeyd edkə ki, təklif edilən yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması təklif edilir.

İyulun 1-də minlərlə insan Özbəkistan Konstitusiyasına iyunun 26-da dərc edilmiş dəyişikliklər layihəsinə etiraz etmək üçün Nukus küçələrinə çıxıb. Xalq Daşkəndin təklif etdiyi 170 dəyişiklikdən ikisinə qarşı çıxdı. İğtişaşlar Çimbay və Muynak şəhərlərinə yayıldı.

Özbəkistanın konstitusiyasına ictimai müzakirəyə təklif olunan düzəlişlər geniş spektrli yenilikləri əhatə edir ki, bunlardan ən mühümü, ölkənin bütün sakinləri üçün aktual olan prezident səlahiyyətlərinin müddətinin beş ildən yeddi ilədək artırılması, habelə 2016-cı ildə ilk prezident İslam Kərimovun ölümündən sonra hakimiyyətə gələn hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin səlahiyyətlərinin “sıfırlanması”dır.

Amma Qaraqalpaqıstan sakinləri məhz Özbəkistandan ayrılmaq imkanlarını itirdikləri üçün küçələrə çıxıblar.

Qeyd edək ki, bəzi siyasi şərhçilərin fikrincə KTMT-yə üzv olmaq istıməyən və “Türk Birliyi”nə daha çox maraq göstərən Özbəkistanı bu şəkildə cəzalandırır və Mərkəzi Asiyada daha bir separatizm ocağını yaradır. Məhz bu sepatizmi önləmək üçün Özbəkistan rəhbərliyinin konstitutsiya dəyişikliyinə getməsi də heç kimdə şübhə dourmur.

Xatırladaq ki, türklərin qıpçaq boyuna aid olan qaraqalpaqlar qazaxlarla daha yaxın etnik qohumluğa sahibdirlər və Qaraqalpaqıstanda yaşayan əhalinin bir hissəsi də etnik qazaxlardır. Ona görə də separatizmin genişlənməsi şəraitində Qazaxıstaın da münaqişənin tərəfinə çevrilməsi istisna olunmur. Bu isə Rusiyaya həm Qazaxıstanı, həm də Özbəkistanı daha asanlıqla ram edə biləcək. Hər halda son 30 ildə Rusiyanın MDB ölkələrində məhz separatizmi dəstəkləməklə öz mövqelərini qoruduğu da heç kimə sirr deyil.

Özbəkistanda konsititutsiya islahatı ilə bağlı yaranmış vəziyyəti necə dəyərləndirmək olar? İddia olunuduğu kimi hadisələrin arxasında Daşkənddən intiqam almaq istəyən Rusiya dayanır və hadisələrin inkişafı Mərkəzi Asiyada Özbəkistanla Qazaxıstan arasında münaqişəyə qədər gedib çıxa bilərmi? Ümumiyyətlə Mərkəzi Asiyada qazax-özbək qarşıdurması hansı səbəblərdən Rusiyanın işinə yaraya bilər və qeyri-sabit Mərkəzi Asiya Rusiya üçün daha təhlükəli olmazmı?

Özbəkistandakı konsititutsiya islahatlarını və Özbəkistanla Qazaxıstan arasında baş verənləri PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu cür münaqişələr olduğu təqdirdə bir növ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gücündən istifadə etmək bəhanəsi ilə Rusiya adətən proseslərə müdaxilə etmək üçün hüquqi zəmin qazanır”.

Özbəkistan seçimini artıq “Türk Dövlətləri Birliyi”ndən yana etdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, baş verən hadisələr də Özbəkistanın bilavasitə parçalanmasına yönəlik təzyiq mexanizmidir:

“Əvvəla, bir şey diqqət yetirmək lazımdır ki, bütün zamanlarda Rusiyanın xarici siyasətinin prioriteti separatçılığı tətikləmək olub. Biz bunu Qarabağda, Moldovada, Ukraynada və Gürcüstanda gördük. Bu proses hələ də davam edir. Eyni proses bu gün Özbəkistana tətbiq olunur. Bu da Özbəkistanın bu gün nisbətən müstəqil siyasət yürütmək istəməsi ilə bağlıdır. Çünki Rusiya Özbəkistanı da Mərkəzi Asiya ölkəsi olaraq öz orbitində oturan bir peyk kimi görmək istəyir. Ancaq Özbəkistan seçimini artıq “Türk Dövlətləri Birliyi”ndən yana edib. Baş verən hadisələr də Özbəkistanın bilavasitə parçalanmasına yönəlik təzyiq mexanizmidir.

Bundan əvvəl də Rusiya Belarus prezidenti Aleksandr Lukaşenkonun dili ilə bir neçə dəfə rəsmi Daşkəndə xəbərdarlıq ünvanlamışdı. İndi isə Rusiya birbaşa münaqişə ocağı yaratmaqla vəziyyəti öz nəzarətində saxlamağa çalışır.

Qazaxıstan-Özbəkistan münasibətlərinin pozulmasına gəlincə isə deyə bilərəm ki, Qazaxıstan bu məsələdə yoxdur və Qazaxıstan bu məsələnin daha da şiddətlənməsində maraqlı deyil. Ayrıca bu gün Qazaxıstanın da özünün Rusiya ilə bağlı problemləri mövcuddur. Çünki Qazaxıstan Mərkəzi Asiyanın ən böyük türk dövlətlərindən biridir. Buna görə də indiki “Türk Dövlətləri Birliyi”nin siyasəti baxımından məsələyə baxdıqda Qazaxıstan nəinki Özbəkistana qarşı hansısa iddialar ortaya qoymayacaq, əksinə düşünürəm ki, bu məsələdə daha çox susqunluq nümayiş etdirməklə Özbəkistana yardım etməyə çalışacaq. Yəni Özbəkistan və Qazaxıstan münasibətlərinin korlanmasını mən qətiyyən gözləmirəm.

Natiq Miri: “Özbəkistan KTMT üzvü olmadığı üçün Qazaxıstanın məsələyə müdaxiləsi olmadan Moskva öz “sülhməramlılarını” bölgədə yerləşdirə bilməyəcək”.

Bu cür münaqişələr olduğu təqdirdə bir növ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gücündən istifadə etmək bəhanəsi ilə Rusiya adətən proseslərə müdaxilə etmək üçün hüquqi zəmin qazanır. Çünki Qazaxıstan KTMT-nin üzvüdür. Ayrıca bu cür suni müqayisələr yarandığı təqdirdə məhz Rusiyanın müdaxiləsinə, Rusiyanın müdaxiləsinə ehtiyac yaranır. Amma Özbəkistan KTMT üzvü olmadığı üçün Qazaxıstanın məsələyə müdaxiləsi olmadan Moskva öz “sülhməramlılarını” bölgədə yerləşdirə bilməyəcək. Buna görə də hesab edirəm ki, Moskva maksimum şəkildə Qazaxıstanın münaişənin tərəfinə çevrilməsi üçün cəhdlər edəcək.

Onu da qeyd edim ki, bu cür münaqişələr uzun müddətli olmur. Bu baxımdan qısa müddətli bu cür münaqişələrin baş verməsi Rusiyanın maraqları çərçivəsindədir. Çünki bu zaman Rusiyanın müdaxiləsinə ehtiyac yaranır. Münaqişənin uzanması və separatizmin genişlənməsi isə Moskva üçün təhlükəlidir. Çünki Əfqanıstandan silahlı qrupların bölgəyə axın etməsi vəziyyəti həddindən artıq mürəkkəbləşdirə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar