Cümə, 12 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Özbəkistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

"Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək".

Bunu Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov Şuşada türk ölkələrinin beyin mərkəzlərinin növbədənkənar toplantısında deyib.

Nematov azad edilmiş ərazilərdə aparılan tikinti işlərinin həcminə də heyran qalıb:

"Bu, Azərbaycanın iqtisadi və siyasi baxımdan nə qədər güclü olduğunu göstərir. Özbəkistan işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək. Biz Füzulidə Özbəkistanda "prezident məktəbi" kimi tanınan yeni tipli məktəb tikəcəyik".

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini şərh edərək, iki ölkə arasında imzalanmış sazişlərin geniş bazasını xüsusilə vurğulayıb.

"Əməkdaşlıq potensialı böyükdür. Əgər 2016-cı ildə Azərbaycanla ticarət dövriyyəmiz 17 milyon ABŞ dolları idisə, 2021-ci ildə 118 milyon ABŞ dolları təşkil edəcək. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı artır, hazırda onların sayı 300-dən çoxdur”, - Nematov qeyd edib.

Nematov iki ölkə arasında nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin vacibliyini əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Bakı aeroportunda nə baş verib? - Jurnalistdən sensasion iddia

“Yeni yol çəkiblər, deyirlər ki, bu yolda yalnız “Ferrari” sürmək olar” 

Abutalıbovun məşhur otelindən reportaj: Çirkli pullar necə yuyulur? - Video

Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” - Palma yağları...

Hafiz Hacıyev: “Hərbi cinayətkar Balasanyanla görüşmək bizə utancverici haldır”

Yaponiyadakı “Toyota” zavodunda koronavirusa görə istehsal dayandırıldı

Bakıda turizm şirkətinin müdiri ürəyindən bıçaqlandı

Məktəblərdə narkotik satışı ilə bağlı olan şikayətlərə niyə baxılmır və nazirlik niyə susur?..    

Avropanın ən əsəbi ölkəsi hansıdır? – Siyahı açıqlandı

Ən çox oxunanalar