Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Övladı əlil müəllimə: “Astara RTŞ-nin müdirinə 200 manat, 1 balon bal rüşvət verdim” - Video

Astara RTŞ-nin müdiri Rəşad Həsənova 200 manat pul, 1 balon bal rüşvət olaraq verilməsi iddia olunur.

GUNinfo.az-ın elektron ünvanına göndərilən müraciətdə belə deyilir.

Astara “Təhsil Araşdırmalar Mərkəzi” tərəfindən redaksiyaya ünvanlanan müraciətdə deyilir:

“Bildiririk ki, Rəşad Həsənov son vaxtlar, demək olar ki, ən populyar təhsil müdiridir. Onun adı, haqsız işdən çıxartma, maxinasiya, rüşvət və bir çox “qaranlıq” işlərdə hallanmaqdadır.

YOXSUL VƏ HİMAYƏSİNDƏ ŞİKƏST UŞAĞI OLAN, Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın dərs saatı təhsil müdiri tərəfindən kəsilərək, pul müqabilində başqasına verilib. Biçarə qadın da dərs saatının qayıtması üçün məlum banklardan birindən faizilə kredit götürüb R.Həsənova gətirib. Biçarə müəllimə təhsil müdirinə 200 manat pul və işinin bal kimi getməsi üçün də 1 balon bal verib. Amma, nə dərs saatı qayıdıb, nə də pul ilə bal…

Köməksiz müəllimə çıxış yolunu yuxarılara yazmaqda görür. Təhsil nazirinə və bir çox yerlərə müraciət etsə də ona yardım edən tapılmayıb. Pulu və haqqı əlindən alınmış Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərova, R. Həsənovun ondan rüşvət aldığını bir daha cəsarətlə bəyan edir və səsinə səs verilsin deyə mediada işıqlandırılmasını xahiş edir. Biçarə qadın həmçinin Prezident ilham Əliyevdən, Mehriban xanım Əliyevadan və DTX-nin rəisi Əli Nağıyevdən də kömək istəyir…”

Astara rayon Şüvi kənd məktəbinin texnologiya müəllimi Aynur Əskərovanın haqların müdafiə edən “Təhsil Araşdırmalar Mərkəzi” vasitəsilə ünvanlanan videosujeti təqdim edirik:

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Ən çox oxunanalar