Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Avropadan Azərbaycana könüllü olaraq qayıdanların sayı açıqlandı

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 478 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.

BMqT-dən “Report”a verilən məlumata görə, Təşkilatın Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İslandiya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Serbiya, Yunanıstan və Türkiyədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.

2021-ci il ərzində BMqT-nin dəstəyi ilə 442 nəfər könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər ən çox Almaniyadan (354 nəfər), Niderland Krallığından (41 nəfər), Türkiyədən (9 nəfər) və Avstriyadan (8 nəfər) olub.

KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilib, bunun nəticəsi olaraq ümumilikdə 478 nəfər yardımlardan faydalanıb.

BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 478 nəfərdən 112 nəfərə nağd, 82 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 284 nəfərə isə həm nağd, həm də qeyri-nağd şəkildə yardım olunub.

KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar