Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orta sinifə aid insanların alıcılıq qabiliyyəti aşağı düşdükcə, evlərin qiyməti necə artır?..

Bakıda evlərin hər gün daha da bahalaşması ümumilikdə sosial sferada, o cümlədən iqtisadiyyatda gedən hansı proseslərdən xəbər verir?..

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini: “Enerji daşıyıcılarının qiymətinin artması, dünya bazarında neftin qiymətindəki dəyişiklik, habelə inşaat materiallarının qiymətinin yüksəlməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşmür”.

“Müstəqil biznes strukturlarının qarşısına dövlət özü çıxmalıdır. Dövlət mənzil qiymətlərinin əl çatan olması üçün sosial proyektlərə daha çox üstünlük verməlidir”.

Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc Bakıda evlərin hər gün daha da bahalaşmasının sosial və iqtisadi səbəblərini və nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda qəribə bir proses gedir. İnsanların, xüsusən də orta sinifə aid insanların alıcılıq qabiliyyəti aşağı düşdükcə, Bakıda daşınmaz əmlakın və evlərin qiyməti artır.

Bəs bu prosesin səbəbi nədir və Bakıda evlərin hər gün daha da bahalaşması ümumilikdə sosial sferada, o cümlədən iqtisadiyyatda gedən hansı proseslərdən xəbər verir? Xüsusən bu prosesdə Azərbaycandakı bir qrup çox varlı adamların və məmurların rolu nədən ibarətdir?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc ilə müzakirə edib.

Vüqar Oruc: “Ölkədə tikinti sektorunun mənfəət payı 20-30 faiz deyil, 70-80 faiz, minimum isə 50 faiz civarındadır. Bəzən isə bu faizlər o qədər yüksəlir ki, onu hesablamaq mümkün olmur”.

Daşınmaz əmlak bazarında baş vermiş canlanmanın sahəsi böyük olmayan mənzillərə aid olduğunu bildirən Vüqar Oruc PİA.az-a açıqlamasında qeyd edib ki, bu mənzillərin keçən illə müqayisədə 8-10 faiz bahalaşmanı görürük:

“Enerji daşıyıcılarının qiymətinin artması, dünya bazarında neftin qiymətindəki dəyişiklik, habelə inşaat materiallarının qiymətinin yüksəlməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşmür. Bu da qiymətlərin qalxması ilə nəticələnir. Hal-hazırda ipoteka məqsədli mənzillərə sahib olmaq üçün axtarışlar artmaqdadır. Mənzil bazarında biz müəyyən dinamikanı hiss edirik. Bu da tələb-təklif amili prizmasından qiymətlərə öz təsirini göstərir.

Hal-hazırda Kredit Zəmanəti və İpoteka Fondunun dəstəyi ilə mənzil sahibi olmaq istəyənlər üçün şərait yaradılıb. Daşınmaz əmlak bazarında həmin insanların kriteriyalarına uyğun mənzillərin axtarışı ilə məşğuldurlar. Bu da bazarda canlanmanın yaranmasına gətirib çıxarıb. Təbii ki, əgər bazarda canlanma yaranırsa, son nəticədə təklif qiymətlərinin yüksəlməsi baş verir.

Bundan əlavə bayaq qeyd etdiyim kimi enerji daşıyıcılarının qiymətinin artması da birbaşa mənzil bazarına öz təsirini göstərir. Əgər qiymət artımı ölkə iqtisadiyyatına pozitiv təsir göstərirsə, bu ayrı-ayrı sahələrə, istiqamətlərə öz müsbət təsirini göstərməkdədir.

Vüqar Oruc: “Azərbaycanda tikinti çox gəlirli sahədir. Azərbaycan dövləti bazar iqtisadiyyatı dövründə tikinti bazarına müdaxilə edə bilmir”.

Digər tərəfdən bildiyiniz kimi Rusiyadan müəyən qadağalar var idi. Yəni bəzi inşaat materiallarının ölkəmizə gətirilməsində müəyən problemlər yaranırdı. Buna görə inşaat materiallarında bahalaşma oldu. Təbii ki, inşaat materialları bahalaşırsa, tikintini həyata keçirən şirkətlərin də xərcləri artır. Bu da təklif qiymətinə öz təsirini göstərir.

Hesab edirəm ki, bu proseslər təbiidir. Amma bunun müqabilində sosial xarakterli addımlar da atılır. Məsələn yüzlərlə insanın uzun müddətli kirayə evlərinə sahib olması həyata keçirir. Elə bu fakt da mənzil bazarında dinamikanı artıran əsas səbəblərdən bildir. Bu prosesdə qanuna uyğun olmayan nəysə axtarmaq düzgün deyil. Yəqin ki, belə davam edərsə, növbəti mərhələlərdə daha çox Azərbaycan vətəndaşı sosial hüquqlarından bəhrələnməklə mənzil sahibi olacaqlar.

Onu da qeyd edim ki, daşınmaz əmlak bazarında baş vermiş canlanma sahəsi böyük olmayan mənzillərə aiddir. Bu mənzillərə keçən illə müqayisədə 8-10 faiz bahalaşmanı görürük. Əmlak bazarında olan qiymət artımı təkcə ölkədə əhalinin güzəranının yaxşılaşdırılması ilə bağlı deyil. Yəni əhalinin güzəranının bu məsələyə təbii ki, təsiri var. Ölkədə yaşayan vətəndaşların mövcud güzəranı yaxşı olarsa, onların alıcılıq qabiliyyəti daha da yüksək olar.

Vüqar Oruc: “Növbəti mərhələlərdə daha çox Azərbaycan vətəndaşı sosial hüquqlarından bəhrələnməklə mənzil sahibi olacaqlar”.

Amma biz digər məsələləri də diqqətdən kənarda saxlamamalıyıq. Enerji daşıyıcılarının qiymətinin artması, neftdən gələn gəlirin artması, tikinti materiallarının qiymətinin bahalaşması qiymət artımın əsas səbəblərindən biridir. Aztəminatlı ailələrin yüksək qiymətlə mənzilə sahib olması isə sosial proyektlər bağlı məsələdir. Bu məsələ də dövlətimiz tərəfindən həyata keçirilir. Düşünürəm ki, mərhələlərlə Bakı şəhərində mənzil sahibi olmaq istəyənlərin mütləq əksəriyyətinin arzusu reallaşacaq.

Düşünürəm ki, Azərbaycanın müvafiq strukturları əmlak bazarının tənzimlənməsi məsələsinə müdaxilə edə bilər. Məsələn dünya praktikasında hər hansı biznesdən gələn gəlir 20-30 faiz civarında hesablanır. Amma Azərbaycanda, xüsusilə tikinti sektorunda mənzil inşa edən şirkətlər daha çox mənfəət əldə etmək istəyirlər. Yəni ölkədə tikinti sektorunun mənfəət payı 20-30 faiz deyil, 70-80 faiz, minimum isə 50 faiz civarındadır. Bəzən isə bu faizlər o qədər yüksəlir ki, onu hesablamaq mümkün olmur.

Vüqar Oruc: “Mənzil bazarında qiymətlərin tənzimlənməsi ilə bağlı addımların atılması da gözləniləndir”.

Azərbaycanda tikinti çox gəlirli sahədir. Azərbaycan dövləti bazar iqtisadiyyatı dövründə tikinti bazarına müdaxilə edə bilmir. Yəni mövcud qanunvericilik buna imkan yaratmır. Amma bunu paralel aksiyalarla stabilləşdirmək olar. Yəni qeyd etdiyim sosial tədbirlərlə, aksiyalarla dövlət bunu stabilləşdirə bilər.

Bildiyimiz kimi hazırda Qaradağda infrastrukturun qurulması prosesi gedir. Bu da müəyyən qədər əlavə çətinliklərin yaranmasına səbəb olacaq. Yəni bu proseslər həll olunduqdan sonra sosial xarakterli proyektlərin həyata keçirilməsinə imkan olacaq. Mənzil bazarında qiymətlərin tənzimlənməsi ilə bağlı addımların atılması da gözləniləndir. Müstəqil biznes strukturlarının qarşısına dövlət özü çıxmalıdır. Dövlət mənzil qiymətlərinin əl çatan olması üçün sosial proyektlərə daha çox üstünlük verməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar