Cümə, 17 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Orduda araq dərdi - “Narkomun 100 qramı”ndan əfqanın “kişmişovka”sına aparan yol

Ordunun döyüş qabiliyyətinin yüksək olması üçün ən vacib şərtlərdən biri də hərbçilərin təminat məsələsidir. Dünyanın bütün ölkələrindəki ordularda bu məsələyə ciddi diqqət yetirilir, hərbçilərin təminatı xüsusi diqqətdə saxlanılır. Bununla yanaşı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına əngəllik yarada biləcək amillər ordu rəhbərliyi tərəfindən diqqətlə öyrənilərək aradan qaldırılır. Müasir dövrümüzdə dünya ordularında sağlam həyat tərzi əsas prinsip sayılır. İdman, orqanizmi lazım olan maddələrlə təmin edə biləcək qida rasionu, normal yuxu rejimi və s. sağlam həyat tərzinin şərtlərinə ordularda olduqca ciddi əməl edilir.

Sovet ordusunda da bu cür məsələlər diqqət mərkəzində dayanıb. Amma müharibə illərində ölkənin silahlı qüvvələrinin rəhbərliyi şəxsi heyətin psixoloji durumuna əks təsir göstərə biləcək tədbirlər də həyata keçiriblər. Söhbət xidmət vaxtı hərbçilərə alkoqollu içkilərin verilməsindən gedir.

Hələ sovet-fin müharibəsi dövründə hava şəraitinin soyuq olması ilə bağlı 1940-cı ilin yanvarında SSRİ müdafiə komissarı (naziri) Kliment Voroşilov İosif Stalindən döyüşən ordunun əsgərlərinə hər gün 100 qram araq verilməsinin razılığını ala bilib. Sonralar silahlı qüvvələrin şəxsi heyəti arasında bu norma “narkomun 100 qramı” adı ilə populyarlaşıb.

Sovet-alman müharibəsində də bu ənənə davam etdirilib. 1941-ci ilin iyul ayından ön xəttdə döyüşən əsgər və zabitlərə qeyri-rəsmi tapşırıq əsasında “40 faizlik” norma paylanılıb. Həmin ilin avqust ayında isə Dövlət Müdafiə Komitəsi tərəfindən bu məsələ rəsmiləşdirilib.

Dövlət Müdafiə Komitəsinin Stalin tərəfindən imzalanan 562 saylı, 22 avqust 1941-ci il tarixli qərarında göstərilib: “1 sentyabr 1941-ci il tarixdən başlayaraq ön xəttdə olan ordu hissələrinin döyüşçüləri və komandir heyəti hər gün 100 qram miqdarında 40 faizlik araqla təmin edilsin”.

Qeyd edək ki, “cəsarət” üçün içilən bu 100 qramlar döyüşçülərə heç də həmişə uğur gətirməyib. Bununla bağlı arxivlərdə konkret sənədlər də var. Məsələn, Belarusiya cəbhəsində Qomel istiqamətində sovet döyüşçülərinin sərxoş olması ucbatından almanlar kiçik bir əməliyyatla 1245 nəfər sovet hərbçisini əsir götürüb. Digr bir fakt, uğursuz Xarkov döyüşlərində bütöv bir alay “100 qram”ın güdazına gedib. Bu cür faktlar çoxdur.

SSRİ özünü növbəti müharibəyə “atanda”, sovet hərbi kontingenti 1979-cu ildə Əfqanıstana yeridiləndə sovet rəhbərləri “100 qram”ın 1941-1945-ci illərdəki yaratdığı fəsadları nəzərə alaraq bu məsələyə birmənalı şəkildə yox deyiblər. “Yox” Moskvada deyilib, Əfqanıstanda isə “100 qram” ənənəsi artıqlaması ilə sovet hərbçiləri tərəfindən davam etdirilib. Sadəcə menyu dəyişib.

Əfqanlar “şuravilərin” alkoqol sevgisini nəzərə alaraq onlar üçün xüsusi içki hazırlayıblar. Bu içki “kişmişovka” adlanıb. Kustar üsulla hazırlanan “kişmişovka” dükan və bazarlarda altdan satılıb. Sovet hərbçiləri üçün ən problemi məsələ isə etibarlı və yaxşı satıcı tapmaq olub. Çünki hər satılan “kişmişovka” heç də keyfiyyətli olmayıb.

İki il Əfqanıstanda xidmət keçən hərbi jurnalist, kapitan Nikolay Starodımov öz xatirələrində “kişmişovka” ilə bağlı maraqlı aşıqlamalar verib: “Bu içkini tanımadığın satıcıdan almaq böyük təhlükə idi. Birincisi, ona görə ki, “kişmişovka” o qədər keyfiyyətsiz ola bilərdi ki, onu içəndə adamın gözü tutulardı. İkincisi isə bu içkilərə zəhərli maddələr qataraq sovet hərbçilərini bu yolla öldürə bilərdilər. Buna görə də hamı özünə etibarlı mənbə axtarırdı. Əfqanlar “kişmişovka”dan böyük pullar qazanırdılar. Əslində bu içkinin maya dəyəri qəpik-quruş idi. Onu istifadəyə yaramayan üzüm tullantılarından hazırlayırdılar və onun hazırlanmasında heç bir texnoloji prosesdən, sanitar qaydalardan söhbət gedə bilməzdi. Amma buna baxmayaraq, “kişmişovka”ya olduqca böyük tələbat var idi...”

“Kişmişovka”dan əsasən sıravi döyüşçülər istifadə ediblər. Yüksək çinli zabitlər isə SSRİ-də 3 rubl 62 qəpiyə satlan “Stoliçnaya” arağına üstünlük veriblər. Həmin araq Əfqanıstanda 15-20 qat bahasına, təxminən 50-60 rubla satılıb.

Sovet hərbçiləri alkoqol tələbatlarını ödəmək üçün tibbi spirtdən də istifadə ediblər ki, bu da yalnız komandir heyəti üçün əlçatan olub.

Əfqanıstan müharibəsi illərində alkoqollu içkilərdən təkcə əfqanlar deyil, sovet hərbçiləri də böyük qazanc əldə ediblər. Belə ki, SSRİ-dən Əfqanıstana təyyarəllərlə yükdaşınmalar zamanı (texnika, ərzaq, əşya və s.) gizli şəkildə tonlarla içki də daşınıb. Ayrı-ayrı mənbələrdə SSRİ-dən Əfqanıstana gizli daşınan alkoqollu içkilərin miqdarı ağılasığmaz rəqəmlərlə göstərilib. Təkcə 1981-1982-ci illərdə 100-dən artıq sovet hərbçisi alkoqol alverinə görə həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Göründüyü kimi, sovet ordusunda “100 qram” ənənəsi hərbi ənənələrin əsaslarından biri olub. Amma bu da  faktdır ki, qələbə “100 qram”la qazanılmaz. İçində vətən sevgi yoxdursa, heç bir litr alkoqol da səni cəsur və vətənpərvər edə bilməz. (musavat.com)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Ramin Bayramlı ilə bağlı şok faktlar:  Dövlətdən nələr oğurlayıb? - Araşdırma

Samir Şərifov "fövqəlnazir" olmaq istədi, iqtisadiyyatı "tank əleyhinə mina"ya saldı və...

15 yaşlı qıza dərman verib cinsi əlaqədə oldu - Məhkəmədə evlənəcəyini dedi

Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün bağladı: Hərəkət iflic olub

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

“İmkan versinlər, Aİ-95 gətirim, 1 manat 25 qəpiyə satım...” - İqtisadçı

Hərbi xidmətdə olmayan şəxs dövlət qulluğunda necə çalışır?

Benzinin qiyməti qalxır... - Hökumət qiymətin artırılmasına niyə ehtiyac duyur?

İran səfiri Hikmət Hacıyevdən nə istəyib? - "Tehran Qarabağa yük daşımayacağını vəd edib, ancaq..."

Səhər saatlarında nazir Muxtar Babayevə görə hər gün Bakı-Sumqayıt yolunu bağlayırlar?! – Videofakt

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

Ən çox oxunanalar