Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Onu əvəzləyəcək kadr yoxdurmu?” - Partiya sədri

“Yol polisi sistemində korrupsiya və rüşvətxorluq baş alıb gedir. Daxili İşlər Nazirliyi hara baxır? Heç kəsə sirr deyil ki, polis polkovniki Rəşid Piriyevin rəhbərlik etdiyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində nələr edilir... Bu, biabırçılıqlara nə zamana qədər dözməliyik?”.

Bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

A.Şakiroğlu bildirib ki, DYP-də bazar prinsipi ilə alver gedir:

“Lazımdırsa, video faktları yayaq… Bütün bunlar baş verdiyi halda, bir neçə gün öncə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bir il artırılıb. Zeynalov 27 ildir ki, vəzifədədir. Bu nə deməkdir? Onu əvəzləyəcək kadr yoxdurmu?”

Partiya sədri qeyd edib ki, ən əsas məsələlərdən biri də sürücülük vəsiqələrinin verilməsi ilə bağlıdır: “Açıq şəkildə alver gedir. Vəsiqələrin verilməsi üçün ən azı 1050 manat tələb edilir. Avtomobil sürə bilməsən də, pulunu verirsən, alırsan. Deputat Müşfiq Cəfərov da bu məsələni Milli Məclisdə qaldırmışdı. Əlbəttə ki, vəsiqələrin bu cür bazar prinsipləri ilə satılması kütləvi qəzalara səbəb olur. Hər il yol qəzalarında neçə insan həlak olur?! Avtomobillərin texniki baxış prosedurunu da alver predmetinə çeviriblər. Təsəvvür edin, istismara yararsız avtomobil üçün 65 manat ödəməklə texniki baxış “həll edilir”. İslahat dalğası bu sahədən yan keçməməlidir. Axı nə vaxtadək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi  “Ramiz Zeynalova filankəslə qudadır, Rəşid Piriyev filankəsin yaxın dostudur” prinsipi ilə idarə ediləcək?! Düşünürəm ki, nömrə satışı və sürücülük vəsiqəsinin verilməsi səlahiyyəti “ASAN Xidmət”ə verilməlidir… Bu gün baş verən biabırçılıqlar yalnız və yalnız bu halda durdurula bilər".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: Bakı niyə susur?

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”

Həbs edilən deputat vergi işçisini də döyübmüş

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

Ən çox oxunanalar