Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlar təkrar seçkilərə qatıla bilərmi – Qanun nə deyir?

Mərkəzi Seçki Komissiyası tərəfindən nəticələri ləğv olunmuş dairələrin lider namizədlərinin təkrar seçkilərdə iştirak hüququnun olub-olmaması ilə bağlı anlaşılmazlıq yaranıb...

PİA.az xəbər verir ki, lider namizədlərin təkrar seçkilərdə iştirak etmək hüququnun olmadığı barədə iddialar səsləndirilir. Arqument kimi isə Seçki Məcəlləsinin 176-cı maddəsi əsas gətirlir. Həmin maddə isə Milli Məclisə əlavə seçkilərlə bağlıdır.

Seçki mütəxəssisləri bildirir ki, həmin maddə lider namizədlərin təkrar seçkilərdə iştirak etmək hüququnun olmadığını iddia edənlər tərəfindən səhv anlaşılıb. Məsələ burasındadır ki, əlavə seçkilər mandatdan məhrum edilmiş deputatlara aiddir.

Maddənin 5-ci bəndində aydın şəkildə yazılır ki, boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz. Yəni, mandatdan məhrum edilən deputat yenidən seçildiyi dairədə keçirilən əlavə seçkilərdə namizəd kimi iştirak edə bilməz.

9 fevral seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməyib. Deməli, seçkilərdə qalib elan edilmiş şəxslər deputat sayılmır və onların lider olduğu dairələrdə nəticələrin ləğvi mandatdan məhrumetmə hesab edilmir. Bu halda həmin namizədlərin təkrar seçkilərdə iştirakı mümkündür.

MSK fevralın 13-də 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan, 33 saylı Xətai birinci və 35 saylı Xətai üçüncü seçki dairəsində nəticələri ləğv edib. Bu dairələrdə müvafiq sıralama ilə Hadı Rəcəbli, Çingiz Qənizadə, Hüseynbala Mirələmov və Rauf Arifoğlu lider namizəd idi. Adıçəkilən şəxslərdən Çingiz Qənizadə ilə Rauf Arifoğlu təkrar seçkilərə qatılacağını bəyan edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar