Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman: “Ermənistan bölgədə sülh və birgəyaşayış şərtlərinə hörmətsizlik nümayiş etdirir”

"Ermənistan-Azərbaycan dövlət sərhədində bir neçə gündür gərginlik müşahidə olunur. Ermənistan Silahlı Qüvvələrinin atəş açması nəticəsində Azərbaycan tərəfinin hərbi qulluqçuları arasında həlak olan və yaralananlar olmuşdur. Ötən gecədən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin yenidən dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginliyi artırmaq cəhdlərini davam etdirməsi, insanların xəsarət alması halları bizi ciddi narahat edir".

PİA.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

"Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəsə məhəl qoymaması və iriçaplı silahlardan istifadə etməsi isə həmin ölkənin nəinki sülhyaratma prosesinə etinasız yanaşdığını, həmçinin bu prosesə ciddi maneə törətdiyini bir daha sübut edir.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə təhdidlər qəbuledilməzdir. Tərəfimizdən mütəmadi olaraq beynəlxalq hüququn tələblərinin xatırladılması və insan hüquqlarına hörmət edilməsi məqsədilə edilmiş çağırışlara baxmayaraq, Ermənistan tərəfi bölgədə sülh və birgəyaşayış şərtlərinə hörmətsizlik nümayiş etdirir.

Bir daha Ermənistan tərəfini insanların həyat və sağlamlığının qorunması, dinc birgəyaşayışın təmin olunması üçün səylər göstərməyə, beynəlxalq ictimaiyyəti isə bu istiqamətdə zəruri çağırışlar etməyə dəvət edirik", - o vurğulayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar