Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahimlə görüşdü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və İxtisaslaşmış Müalicə Müəssisəsinə Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.

PİA.az xəbər verir ki, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmaqla, saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyətinin yerində araşdırılması məqsədini daşıyıb.

Bakı İstintaq Təcridxanasına başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev konfidensial qaydada qəbul olunub və onların müraciətləri dinlənilib.

İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində isə burada saxlanılan Mehdi İbrahimov, Nicad İbrahim, Nicat Əlizadə, Məhəmməd İmanlı və Vüqar Vəliyev də konfidensial qaydada qəbul olunub, müraciətləri dinlənilib.

Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.

Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.

Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır.

Görüş keçirilmiş şəxslərə hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Başçəkmələr zamanı saxlama şəraiti  ilə bağlı bəzi əlavə məsələlər və onların təminatı adı çəkilən müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb. Habelə Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

pia.az


Etiket: Ombudsman

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar