Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ombudsman Aparatının regional mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Məmmədov Vüsal Elşən oğlunun ailəsini ziyarət edib, şəhidin keçdiyi şərəfli döyüş yolu və nümunəvi gənc kimi cəmiyyətin rəğbətini qazandığını vurğulayıblar.

Ombudsman Aparatından verilən məlumata görə, Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə qazilərinə, onların hüquqlarının təmin olunmasına Ombudsman təsisatı tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Müvəkkilin bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətini qeyd edib. Regional Mərkəzin əməkdaşları Gəncə şəhərində Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun xatirəsinə inşa edilmiş bulağın, həmçinin şəhid Ayxan Musayevin doğum günü münasibətilə inşa edilmiş bulağın açılış mərasimlərində iştirak ediblər.

Regional Mərkəzin əməkdaşları Gəncə şəhərindən olan şəhidlər Əliyev Cavid Samir oğlunun və Əliyev Şöhrət Canbulat oğlunun ailələri ilə görüşərək, onlara Müvəkkil xanım Səbinə Əliyevanın baş sağlığını bir daha çatdıraraq, şəhidlərin keçdikləri şərəfli döyüş yollarını dərin ehtiramla yad ediblər.

Cəlilabad rayonunun Soltankənd kəndində Vətən müharibəsi şəhidi Əzizov İbrahim Şaməddin oğlunun əziz xatirəsinə inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhidin doğmaları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin rəsmiləri, qazilər və kənd sakinləri iştirak ediblər. Qəhrəman şəhid İbrahim Əzizov həqiqi hərbi xidmət zamanı tank sürücüsü kimi yüksək xidmət göstərib. Vətən müharibəsində xüsusi rəşadət göstərərək Füzulidən Şuşayadək döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olmuşdur. Şəhid İbrahim Əzizov cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov şəhidin evində valideynləri və ailə üzvləri ilə görüşərək, Ombudsman xanım Səbinə Əliyevanın adından onlara başsağlığı verib. Z.İsmayılov görüş zamanı diqqətə çatdırıb ki, Müvəkkil mütəmadi olaraq şəhid ailələri və qazilərə baş çəkir, onların qaldırdıqları məsələlərlə daim maraqlanır.

Şəhid ailələrinə göstərilən diqqəti, qayğını və vətəndaşlarımızın hüquqlarının bərpası istiqamətində Ombudsman təsisatının fəaliyyətini təqdir edən şəhidlərin valideynləri Müvəkkil xanım Səbinə Əliyevaya təşəkkürlərini bildiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DTX şefinin sözləri Ermənistanda həyəcan yaratdı

Kamran Əliyev işdən çıxardığı prokurora yeni vəzifə verdi - Foto

Xəstəxana direktorunun rüşvət almasının görüntüləri yayılıb - Video

Elnur Əşrəfoğlu dəfn olunub - Yenilənib, Fotolar

“Kontakt Home”nin yeni fırıldağı və deputatın troll şəbəkəsi...

Yardımlıda zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi açıldı

Bölgəyə xüsusi təyinatlılar da göndərildi, irimiqyaslı hərbi əməliyyatlar gözlənilir

Nazir 88 min manat mənimsəyən direktoru işdən çıxardı – Foto

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edilib

Çin İran-Azərbaycan qarşıdurmasında maraqlı tərəfdir və Tehranı bu qarşıdurmaya sürükləyir?

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləri, ölən isə bacısı oğludur

Ən çox oxunanalar