Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəsini ruslara işğal etdirən lider – ancaq Macarıstanda Kadar qədər islahatçı olmayıb

XX əsrin siyasətçiləri və dövlət başçıları arasında Yanoş Kadar ən mürəkkəb fiqurlardan biri sayılıb. O, siyasi karyerasına beynəlxalq müstəvidə gərginliyin hökm sürdüyü 1940-cı illərdə başlayıb, hakimiyyətə isə Macarıstanın ən ağır dövründə, macar inqilabı zamanı gəlib...

Yanoş Kadar 1912-ci ildə Fiume şəhərində anadan olub. Altı yaşında olanda ailə Budapeştə köçüb. Məktəbdə əla qiymətlərlə oxuduğundan onu təhsil ödənişindən azad ediblər. Amma bu güzəştə baxmayaraq Kadar ailəyə maddi kömək etmək üçün 14 yaşında məktəbdən çıxıb və mətbəədə fəhlə işinə düzəlib. Təhsildən ayrılsa da, Kadar boş vaxtlarını mütaliəyə sərf edib və şahmata böyük maraq göstərib. Elə şahmat da onun siyasi baxışlarının formalaşmasında böyük rol oyanıyıb. Belə ki, Kadar həmkarlar təşkilatının təşkil etdiyi şahmat turnirində birinci yeri tutub. Qalib kimi o, diplomla və Engelsin macar dilinə tərcümə edilmiş kitabı ilə mükafatlandırılıb. Kadar bu kitabı oxuduqdan sonra onda marksizmə böyük maraq yaranıb.

Yanoş Kadar 1931-ci ildə Macarstan Kommunist Partiyasının gənclər təşkilatına daxil olub. Bu təşkilatın mövcud ağır rejim altında fəaliyyətində Kadar çox qısa müddətdə fəallığı ilə fərqlənib. Siyasi baxışlarına, qeyri-qanuni təbliğat işləri apardığına görə o, bir neçə dəfə həbs edilib. 1933-cü ildə isə Macarstan komsomol komitəsinin katibi vəzifəsində işləyərkən növbəti dəfə Kadarı həbs edərək iki il müddətinə düşərgəyə göndəriblər.

Azalığa çıxdıqdan sonra Kadar ciddi nəzarətdə olmasına, növbəti həbs təhlükəsi ilə üzləşəcəyinə baxmayaraq siyasi fəaliyyətini davam etdirib.

II dünya müharibəsi başlananda və Macarıstan Almaniya ilə müttəfiq olanda Yanoş Kadar Macarstan müqavimət hərəkatına qoşulub. O, 3-cü reyxə qarşı mübarizəsini təkcə Macarıstanda deyil, eyni zamanda Yuqoslaviyada və Çexoslovakiyada da aparıb. Məhz bu ərəfədə onun Macarıstan Kommunist Partiyasında nüfuzu atrıb, 1943-cü ildə o, partiyanın katibi seçilib.

1944-cü ildə Yanoş Kadar İosip Broz Tito ilə növbəti görüşə gedəndə Yuqoslaviya sərhədində macar polisləri tərəfindən həbs edilib. İki gün müvəqqəti saxlama mətəqəsində saxlandıqdan sonra Kadarı düşərgəyə aparanda o, qaçmağa nail olub. Ümumilikdə Yanoş Kadar müqavimət hərəkatında fəaliyyət göstərdiyi illərdə macarlardan ibarət 10 partizan dəstəsi yaradıb ki, həmin dəstələr düşmənin arxasına keçərək Vermaxt qoşunlarına böyük itkilər yaşadıblar. Bu xidmətinə görə Kadar SSRİ-nin ən ali mükafatlarından birinə, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

1945-ci ilin aprel ayında Macarıstan işğaldan azad olunduqdan sonra Kadar Macarıstan Kommunist Partiyasının Siyasi Bürosuna üzv seçilib. O, bu partiyanın baş katibi Matyaş Rakoşinin müavini və Budapeşt şəhər partiya komitəsinin birinci katibi vəzifələrini daşıyıb.

1948-ci ildə Macarıstanda Sosial-demokrat Partiyası ilə Kommunist Partiyası birləşdirilərək Macarıstan Zəhmətkeşlər Partiyası yaradılıb. Partiyanın fəaliyyəti SSRİ-dəki Kommunist Partiyasının nizamnaməsi ilə tam uyğun olub və bu fəaliyyətdə Stalin kursu əsas götürülüb. Partiyaya rəhbərlik edən Rakoşi Kadarı daxili işlər naziri təyin edib. Onu da qeyd edək ki, Rakoşinin hakimiyyətə gəlməsi Kremlin, birbaşa Stalinin təşəbbüsü və dəstəyi ilə baş tutub.

Rakoşi Macarıstanda Stalin rejimli ikinci sovet cəmiyyəti yaradıb. Həmin dövrdə SSRİ-də olduğu kimi Macarıstanda da sərt rejim, repressiyalar, sürgünlər, söz və fikir azadlığına qadağalar hökm sürüb. Rakoşinin bu fəaliyyəti Macarıstanda sıravilər tərəfindən “Rakoşi terroru” adlandırılıb. Kadar belə bir vəziyyətlə barışmayıb. Zaman-zaman tərəflər arasında qarşıdurma, fikir ayrılığı yaranıb. Rakoşi Kadarı özünə rəqib kimi qəbul edib və onu nazir vəzifəsindən azad edərək partiya strukturunda şöbə müdiri təyin edib. 1951-ci ildə isə Kadar bu vəzifəsindən də kənarlaşdırılıb.

Stalinin yolunu güdən Rakoşi siyasi rəqiblərindən qurtulmaq üçün Stalinin metodundan istifadə edib. 1952-ci ildə Macarıstan Ali Məhkəməsi Kadarı “vətən xaini” maddəsi ilə ittiham edərək onu ömürlük azadlıqdan nməhrumetmə cəzasına məhkum edib. Həmin il Rakoşi daha bir vəzifəyə, baş nazir postuna da sahib olaraq mütləq hakimliyini daha da möhkəmləndirib.

1953-cü ildə, Stalinin vəfatından sonra Macarıstanda vəziyyət dəyişib. SSRİ-dəki yeni hakimiyyət Rakoşini tutduğu vəzifələrə məqbul saymayıb. O, Kremlin təsiri ilə baş nazir vəzifəsindən kənarlaşdırılıb, Macarıstan Zəhmətkeşləri Partiyasında isə baş katib vəzifəsi ləğv edilərək birinci katib vəzifəsi yaradılıb və Rakoşi bu vəzifədə saxlanılıb. SSRİ baş nazir vəzifəsinə İmre Nadı “məsləhət” görüb və Kreml Macarıstanda öz siyasətinin məhz baş nazirlə həyata keçirib.

İmre Nad baş nazir olduqdan sonra Kadarla bağlı yeni məhkəmə prosesi keçirilib və Kadar 1954-cü ildə azadlığa buraxılıb, yeni baş nazir onu islahat hökumətində nazir təyin edib. Kreml Kadarı İmre Nadın yaxın silahdaşı kimi qəbul edib. Amma sonradan silahdaşlar arasında ciddi fikir ayrılığı yaranıb.

Macarıstanda 1956-cı ildə vaxtilə 3-cü reyxə xidmərt edən antikommunistlərlə kommunistlər arasında qarşıdurma yarananda və 30 oktyabrda Budapeşt şəhər partiya komitəsinin müdafiəsində 26 kommunist öldürüləndə İmre Nad bu hadisəyə soyuqqanlı yanaşıb. Kadar baş nazirin bu laqeydliyinə etirazını bildirib və qərara gəlib ki, baş nazirə xəbərdarlıq etmədən SSRİ ilə danışıqlara başlasın.

Kadarın bu təşəbbüsünü Nikita Xruşov qəbul edib. 4 noyabr 1956-cı ildə Kadarla Xruşov SSRİ ərazisində, Ukraynanın Ujqorod şəhərində görüşüblər və Macarıstanda yeni hökumətin formalaşdırılması haqqında müzakirələr aparıblar. Noyabrın 7-də sovet qoşunları Macarıstana daxil olandan dərhal sonra Kadar Budapeştə qayıdıb və səhər saat 5.05-də Macarıstanda bütün hakimiyyətin yeni yaradılmış Macarıstan Fəhlə-kəndli İnqilab hökumətinə tabe olduğunu bəyan edib. Beləliklə, Kadar Macarıstanda hakimiyyəti ələ keçirib. O, həm baş nazir vəzifəsinə, həm də partiyanın liderliyinə sahib olub.

Macarıstanda vəziyyət stabilləşdikdən sonra Kadar bütün sahələrdə öz islahatlarına başlayıb. Ölkə Moskvanın tam nəzarəti altında olsa da, Kadar Kremlə “bəli” deyə-deyə öz ideyalarını da həyata keçirib. Macarstan sosialist düşərgəsində yeganə ölkə olub ki, zaman-zaman qərb ölkələri ilə iqtisadi əlaqələr qurub. SSRİ-də, digər sosialist ölkələrində geyim, ərzaq, digər tələbat mallarına qıtlıq olanda Macarıstanda bolluq müşahidə olunub. Moskvanın qastronomlarında boş piştaxtatalar göz yoranda, Macarıstanın ərzaq mağazalarında insanlar istənilən ərzaq məhsulunu əldə edib və özü də olduqca münasib qiymətə. Kadar qeyri-sosialist ölkələrin vətəndaşlarının Macarıstana səfər etmək məhdudiyyətini aradan qaldırıb. Bunun nəticəsi olaraq bu ölkəyə turist axını əvvəlki illərlə müqayisədə 89 faiz artıb. İqtisadi sahədə, istehsalda Kadar Avropada ən böyük göstəricilərə nail olub. Təhsil, səhiyyə, mədəniyyət sahəsindəki inkişafa görə Macarıstan digər sosialist ölkələrindən dəfələrlə fərqlənib. Hətta bu ölkəni “şən barak” adlandırıblar. Kadarı isə “xoşbəxtlik düsturunun müəliffi” kimi qiymətləndiriblər.

Kadar beynəlxal münasibətləri böyük peşəkarlıqla balanslaşdırmaqla həm qərb ölkələri, həm də soaialist ölkələri ilə normal işgüzar münasibət yaratmağa nail olub. Beləliklə də o, ölkəsi üçün hər iki qütbdən yararlana bilib.

1980-ci illərin sonunda sosializm sistemi süquta doğru sürətlə irəliləyəndə yaşı 80-ə yaxınlaşan Kadar özünü dünyanın yeni siyasi düzəniə adaptasiya edə bilməyib. 1988-ci ildə o, tutduğu bütün vəzifələrdən gedib. Bir ildən sonra, 1989-cu ildə isə Yanoş Kadar 77 yaşında vəfat edib.

Yanoş Kadar Budapeştdə Macarıstanın tanınmış siyasətçilərinin, mədəniyyət və elm xadimlərinin dəfn olunduğu Kerepeşi qəbirstanlığıda dəfn edilib. 2 may 2007-ci ildə onun və həyat yoldaşının qəbri naməlum şəxslər tərəfindən açılaraq vandal aktına məruz qalıb. Hadisəni törədənlər məzar daşının sütununa bu sözləri yazıblar: “Satqına və qatilə müqəddəs torpaqda yer yoxdur”.

Həmin dövrdə Macarıstanın baş naziri olan Ferents Dyurçan bu hadisəni aşağıdakı kimi qiymətləndirib:
“Bu yaramaz akta heç cürə bəraət qazandırmaq olmaz. Bu cinayətdir, tarix və siyasətlə heç bir əlaqəsi yoxdur...”

Belə rəsmi münasibətə baxmayaraq cinayətkar vandalların kim olduğunu müəyyən etmək mümkün olmayıb.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar