Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəmizə və Avropaya enerji təhlükəsizliyinə qarşı böyük təhdid - Rusiya Azərbaycanla sərhədə ordu yerləşdirir...

Ruslar Ermənistanın Ayqepar kəndi yaxınlığında, Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə, Azərbaycanın əsas nəqliyyat dəhlizlərinin keçdiyi ərazinin yaxınlığına hərbi hissə yerləşdirir...

Hərbi-ekspert: “Rus ordusunun Ermənistanda Azərbaycanla sərhədin bir kilometrliyində yerləşdirilməsi ölkəmizə qarşı birbaşa təhlükədir”.

“Bu Rusiya tərəfindən Azərbaycana qarşı çox böyük bir hörmətsizlikdir. Həmçinin bunu ancaq təhdid kimi qiymətləndirmək olar. Necə olur ki, 2022-ci ilin fevral ayında Rusiya Azərbaycanla müttəfiqlik haqqında sənəd imzalayır və bir neçə ay sonra ölkəmizə düşmən olan Ermənistanın Azərbaycanla sərhədində hərbi hissə yerləşdirir?”.

Bu sözləri hərbi-ekspert Üzeyir Cəfərli Rusiyanın Azərbaycanla sərhəddə hərbi baza tikməsini PİA.az-a şərh edərkən qeyd edib.

Ruslar Ermənistanın Berd rayonunun Ayqepar kəndi yaxınlığında yerləşən keçmiş aerodromun ərazisində hərbi baza tikir. Həmin yerdə Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci bazasının tərkibindən ibarət hərbi hissə yerləşdiriləcək.

Qeyd edək ki, Ayqepar kəndi bizim Tovuz rayonunun Əlibəyli kəndindən bir kilometr məsafədə yerləşir və Türkiyə ilə Azərbaycan müştərək həyata keçirdikləri Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP-ın başlanğıcı olan Cənubu Qafqaz Boru Xətti kimi layihələr məhz bu ərazidən keçir. Bu baxımdan Rusiyanın bu ərazinin lap yaxınlığında, sərhədin cəmi bir kilometrliyində öz hərbi hissəsini yürləşdirməsi ərazidən keçən nəqliyyat dəhlizi üçün böyük təhlükə yaradır. Azərbaycanın isə bu təhlükəyə səssiz qalması və məsələni Avropadakı iqtisadi tərəfdaşlarının diqqət mərkəzində saxlamamsı sadəcə təəccüb doğurur.

Xatırladaq ki, Ukrayna müharibəsinin yaratdığı vəziyyət Azərbaycandan Avropaya gedən neft və qaz kəmərlərini xüsusiəhəmiyyətli edib. Bu üzdən də Rusiyanın həmin ərazinin çox yaxınlığıda hərbi baza yaratması təkcə Azərbaycana qarşı deyil, Avropanın enerji təhlükəsizliyinə qarşı əsas təhdidir. Rusiya Ermənistanın Ayqepar kəndi yaxınlığında yaratdığı hərbi hissədən asanlıqla strateji nəqliyyat dəhlizlərini vurmaq imkanına sahib olacaq. Ukrayna müharibəsinin uzanacağı və Rusiyanın Avropadakı neft və qaz bazarını tamamilə itirəcəyi halda, bunu isitisna etmək olamaz.

Rusiyanın Azərbaycana qarşı atdığı növbəti təxribat addımı PİA.az-ın əməkdaşı hərbi-ekspert Üzeyir Cəfərli ilə müzakirə edib.

Üzeyir Cəfərli: “Tovuz rayonunda sərhədin bir kilometrliyində rusların hərbi baza tikməsinə Azərbaycanın sakit qalmasını heç cür başa düşə bilmirəm. Biz nəyi gözləyirik?”.

Rusların sərhəddə hərbi baza tikməsinin Azərbaycanla yanaşı Avropaya gedən enerji resurslarına təhlükə olduğunu vurğulayan ekspert bildirib ki, Rusiya sabah deyəcək ya kəməri partladarıram, ya da üzərimdən sanksiyaları götürün:

“Rusların Azərbaycanla sərhəddə yerləşdirilməsi birbaşa təhlükədir. Bu təkcə Azərbaycana qarşı deyil, Avropanın enerji təhlükəsizliyin qarşı da təhdiddir. Biz unutmmalıyıq ki, 2020-ci ildə 44 günlük müharibə zamanı ermənilər məhz bu nəqliyyat dəhlizini vurmaqla Azərbaycanı durmadan təhdid edirdilər. Yəni ruslar ermənilərin əli ilə istədilər ki, oradan keçən neft kəmərinə, strateji yola problem yaratsınlar. İndi isə Rusiya öz ordusunu həmin ərazidə yerləşdirir və bu çox böyük təhlükədir.

Rusiya iddia edir ki, orada baza deyil, öz sərhədçiləri üçün hərbi hissə tikirlər. Baza başqa anlayışdır. Bazada hər bir silah, tank, top, təyyarə, vertolyot olur. Orada da rusların baza tikmək imkanı yoxdur. Amma bildiyimiz kimi ruslara güvənmək heç də mümükün deyil və niyə ruslar məhz həmin ərazini seçiblər. Onların həmin ərazidə olmaları belə təhlükədir.

Onu da qeyd edim ki, bu Rusiya tərəfindən Azərbaycana qarşı çox böyük bir hörmətsizlikdir. Həmçinin bunu ancaq təhdid kimi qiymətləndirmək olar. Necə olur ki, 2022-ci ilin fevral ayında Rusiya Azərbaycanla müttəfiqlik haqqında sənəd imzalayır və bir neçə ay sonra ölkəmizə düşmən olan Ermənistanın Azərbaycanla sərhədində hərbi hissə yerləşdirir?

Necə olur ki, Ermənistan höküməti Azərbaycanla normal qonşuluq prinsiplərinə uyğun addım atmağa çalışdığını iddia edir və Azərbaycan üçün çox strateji əhəmiyyətli olan ərazidə Rusiya ordusunu yerləşdirir? Bildiyim qədər Rusiyanın Gümrüdə 102-ci bazası 2049-cu ilə qədər fəaliyyət göstərəcək. Ondan sonra nə olacağını isə indi söyləmək mümkün deyil.

Belə çıxır ki, ruslar indi də Azərbaycanı özləri üçün təhlükə hesab edirlər ki, əraziyə ordu yerləşdirirlər. Rusiya az qala ayağından yapışdığı və tək ümid qapısı olan Türkiyədənmi, yoxsa müttəfiqlik sənədi imzaladığı Azərbaycandanmı təhlükə gözləyir?

Üzeyir Cəfərli: “Ermənistan da bu məsələdə Rusiyanın alətinə çevrilib. Bunu Ermənistanı dəstəkləyən Qərb ölkələri, onların siyasətçiləri görməli və buna siyasi qiymət verməlidirlər.”.

Bu Rusiyanın Azərbaycana növbəti təzyiqdir. Həm də təkcə Azərbaycana qarşı deyil, həm də Avropya qarşı təzyiqdir. Rusiya açıq şəkildə Avropaya mesaj verir ki, biz qışın oğlan çağında sizi qazsız qoya bilərik. Yəni bu təzyiqin də bir ucu beynəlxalq qurumlara gedib çıxır. Əraziyə hərbi hissə yerləşdirməklə Rusiyanı iqtisadi blokadaya alan dövlətlərə bu yolla hədə qorxu gəlir və bu əslində Moskvanın Avropaya qarşı növbəti şantajıdır.

Rusiya Avropa Birliyinə demək istəyir ki, Bakıdan gedən neft və qaz kəməri mənim nəzarətim altındadır. O kəməri vurulub dağıdasam, neftsiz və qazsız qalacaqsınız. Hesab edirəm ki, Rusiyanın bu addımın tək anlamı budur və Ermənistan da bu məsələdə Rusiyanın alətinə çevrilib. Bunu Ermənistanı dəstəkləyən Qərb ölkələri, onların siyasətçiləri görməli və buna siyasi qiymət verməlidirlər. Eyni zamanda Ermənistanın əsas müttəffiqlərindən biri olan Fransa, o cümlədən Almaniya, ən əsası Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşıyan ABŞ Ermənistana açıq şəkildə xəbərdarlıq etməli və bu ökəyə qarşı sanksiyalar tətbiq etməlidirlər.

Rusiya isə sabah deyəcək ki, ya kəməri partladarıram, ya da üzərimdən sanksiyaları götürün, mənim neftimi, qazımı alın. Biz hamımız Lavrovun simasında Rusiya diplomatiyasının nə qədər həyasızlaşdığının şahidiyik.

Bu rusların məqsədidir. Onların həyatı boyu məqsədləri murdarlıq, haramçılıq olub. Ruslar müharibənin 5-ci ayında Ukraynanın “gorbagor” olmuş prezidenti Yanukoviçi ortaya çıxarıblar. O da xalqına görə narahat olduğunu deyir. Yanukoviç xalqına görə rus qpşunları Kiyev ətrafında vəhşilik və hərbi cinayətlər edərkən niyə narahat olmadı, indi narahat olur?
Rus ordusunun 5-10 kilometr irəliləyib hanısısa qəsəbələri işğal etməsi ilə heç nə dəyişmir. Çünki işğal edilən ərazini saxlama məsələsi də var.

Üzeyir Cəfərli: “Ermənistanın əsas müttəffiqlərindən biri olan Fransa, o cümlədən Almaniya, ən əsası Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşıyan ABŞ Ermənistana açıq şəkildə xəbərdarlıq etməli və bu ökəyə qarşı sanksiyalar tətbiq etməlidirlər”.

Tovuz rayonunda sərhəddə yaxın ərazidə rusların hərbi hissə tikməsinə Azərbaycanın sakit qalmasını da başa düşə bilmirəm. Biz nəyi gözləyirik? Niyə ruslar sərhəddimizdə hərbi hissə tikməlidir? Orada hərbi hissənin tikilməsi uzun müddətə və ermənilərin planları ilə hesablanmış addımdır. Ermənistan da çox yaxşı bilir tikilən hərbi hissə nəyə görə tikilir.

Dünən Paşinyanla Putin telefonla danışıb. Bizə də deyirlər onlar Azərbycan-Ermənistan münaqişəsini müzakirə edib. Amma biz bilmirik ki, Putinlə Paşinyan telefonda tək Qarabağdan danışıb. Hesab etmək olar ki, söhbətin əsas məğzi məhz Ayqepar kəndində yerləşdiriləcək Rusiya hərbi hiisəsi olub. Çünki indiki məqamda bu məsələ Putin üçün çox əhəmiyyətlidir.

Onlar bizim başımızın altına yastıq qoyaraq öz işlərini görürlər. Putinin ərmiylə də Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamaqdan qaçır və məsələni uzada-uzada gedir. Amma belə olmalı deyil və Azərbaycan da bütün bu məsələlərə qarşı sakit qalmamalıdır”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar