Cümə axşamı, 09 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ölkə vətəndaşlarının banklardakı əmanətlərinin həcmi məlum oldu

2021-ci ilin oktyabr ayının 1-nə Azərbaycanda kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 25 705 500 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, 2020-ci ilin oktyabr ayının əvvəli ilə müqayisədə depozit və əmanətlərin həcmi 14,3 faiz, sentyabr ayının 1-nə olan vəziyyətlə müqayisədə isə 3,7 faiz artıb.

Vəsaitlərdən 8 838 100 000 manatı fiziki şəxslərin əmanətlərini, 1 758 900 000 manatı maliyyə təşkilatlarının, 15 075 200 000 manatı isə qeyri-maliyyə təşkilatlarının vəsaitlərini əhatə edib.

Fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi ötən ilin müvafiq dövrünə nəzərən 12,8 faiz artıb. Həmçinin sentyabr ayı ərzində fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi də 279 000 000 manat məbləğində artıb.

Onların əmanətlərinin 56,4 faizi milli valyutada, 43,6 faizi isə xarici valyutada olub. Manatla olan əmanətlərin həcmi sentyabr ayında da xarici valyutada olan əmanətlərin həcmini üstələyib.

Rezidentlərə məxsus əmanətlərin həcmi fiziki şəxslərə məxsus əmanətlərin 96,4 faizini təşkil edib. Qeyri-rezidentlərin, yəni ölkə hüdudlarından kənarda yaşayan və ya ölkədə müvəqqəti qalan fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi oktyabr ayının 1-nə olan vəziyyətə görə, 320 800 000 manat təşkil edib. Bu, aylıq müqayisədə 7,8 faiz, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 14 faiz çoxdur.

Ötən ilin oktyabr ayının əvvəlinə olan göstəricilərlə müqayisədə maliyyə təşkilatlarının depozitlərinin həcmi sentyabr ayı ərzində 1,9 faiz artıb, illik müqayisədə isə 11,2 faiz azalıb.

Qeyri-maliyyə qurumlarının depozitlərinin həcmi sentyabr ayında 4,2 faiz, illik müqayisədə isə 19,2 faiz artıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əjdaha” dönərxanaları və daha nələr... - Heydərovun sağ əli Rəfael Mirzəyevin şirkətlərinin siyahısı yayıldı

Paşinyan son nöqtəni qoydu: "Qarabağda referendum keçirilə bilməz"

Bakının yaxınlığında yadplanetlilərin bazası var? - Video

Rayon polis şöbəsinin rəisi yeni vəzifəyə təyin edildi

Rəsul Quliyev hakimiyyətlə tam barışığa nail olubmu?

Balanslaşdırılmış ədalət?.. - Millət vəkilindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına şərh

"Rafael Dadaşov dünyasını dəyişənə kimi o xanımı sevdi"

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub - Yenilənib

Şuşada minaya düşüb ölən şəxslərin kimliyi məlum oldu - Yenilənib

Şəmkir xəstəxanasının baş həkimi 8 nəfərə saxta əlillik dərəcəsi verib - Rəsmi

Ən çox oxunanalar