Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Olimpiada iştirakçıları anti-COVID tədbirlərinin pozulmasına görə deportasiya edilə bilər

Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar koronavirusun yayılmasının qarşısının alınmasına yönəlmiş məhdudlaşdırıcı tədbirlərin kobud şəkildə pozulması halında Yaponiyadan deportasiya edilə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Oyunların təşkilatçıları tərəfindən çərşənbə axşamı yayımlanan idmançılar üçün yenilənmiş qaydalarda deyilir.

COVID ilə bağlı məhdudlaşdırıcı tədbirlərə əməl etməyənlərin cərimələnə, yarışlarda iştirakdan kənarlaşdırıla və hətta icbari deportasiya oluna biləcəyi vurğulanır. Qayda pozuntularına maska ​​taxmaqdan, sosial məsafəni qorumaqdan imtina etmək, təşkilatçılar tərəfindən ziyarət üçün əvvəlcədən təsdiq olunmayan yerlərə baş çəkmək, eləcə də tibbi müayinədən keçməkdən imtina etmək daxildir.

Oyunları işıqlandırmaq istəyən jurnalistlər, habelə nümayəndə heyəti üzvləri və milli komandaların xidmət personalı üçün yenilənmiş qaydaların da yaxın günlərdə dərc ediləcəyi gözlənilir.

Qeyd edək ki, Tokio olimpiadası 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Pandemiya səbəbindən yarış növbəti ilə təxirə salındı ​​və indi 23 iyul-8 avqust aralığında keçiriləcək. Martın 20-də təşkilatçılar Oyunları əcnəbi azarkeşlər olmadan keçirməklə bağlı yekun qərar qəbul ediblər. Yaponiyalı azarkeşlərin buraxılması ilə bağlı qərar ölkədə koronavirusun yayılması ilə əlaqədar vəziyyətdən asılı olaraq iyun ayında veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar