Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölən Hollivud ulduzunun oğlu ilə keçmiş sevgilisi miras davası edir

Hollivud ulduzu Enn Heş bu yaxınlarda dəhşətli qəzada dünyasını dəyişib...

PİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 6-da səhər saatlarında Enn Heşin keçirdiyi qəza həm Hollivuddakı pərəstişkarlarını, həm də dostlarını şoka salmışdı.

Məşhur amerikalı aktrisa Enn Heş Los-Ancelesdə, evinin düz qarşısında baş verən qəzada əvvəlcə ağır yaralanmışdı. ABŞ mətbuatının məlumatına görə, aktrisa reanimasiyaya aparılıb. Məlum olub ki, ulduzun bədənində ağır yanıqlar olub. Onun pərəstişkarları və ailəsi uzun müddət ümidverici xəbəri gözləsələr də, Enn Heşin avqustun 15-də vəfat etdiyi açıqlanıb. Qəzanın dəhşətli təfərrüatları 53 yaşlı məşhur aktrisanın ölümündən sonra ortaya çıxıb. Enn Heşin avtomobili Los-Ancelesin Mar Vista bölgəsindəki bir evə çırpılıb. Udduğu zəhərli tüstü aktrisanın beyninə və ağciyərinə ciddi zərər vurub. Qəzadan sonra avtomobildə və avtomobilin batdığı evdə də yanğın baş verib. Heşin də bədənində yanıqların olduğu açıqlanıb.

Oğlu və keçmiş sevgisi məhkəməlik oldu

ABŞ mətbuatı Enn Heşnin keçmiş sevgilisi Ceyms Taper ilə 20 yaşlı oğlu Homer Heş arasındakı miras davasının təfərrüatlarını işıqlandırıb. Yazılanlara görə, Ceyms Taper Homerin anasının evinin 800 min dollar dəyərində olması ilə bağlı iddiasına etiraz edib. Deyilənə görə, Homer anasının ölümündən dərhal sonra məhkəməyə müraciət edərək ondan qalan pul və digər qiymətli əşyaları almaq üçün hərəkətə keçib. Vəkillər Enn Heşin hüquqi miras qoymadığını açıqlayıb. Bu isə o deməkdir ki, aktrisanın əmlakı birinci dərəcəli qohumlarında qalacaq. Bu çəkişmənin başlamasının səbəbi də Heşin ölməzdən əvvəl vəsiyyətnamə yazmaması və xüsusi varis göstərməməsi olub.

Homer məhkəməyə gedərkən anasının mirasının 2 qanuni varisi olduğunu bildirib: özü və 13 yaşlı qardaşı Atlas. Atlas isə Enn Heşin Ceyms Taperdən doğulan kiçik oğludur. Homerin fikrincə, anası vəsiyyətnamə qoymadığı üçün geridə qoyduğu əmlak və digər qiymətli əşyaları onun adına keçməlidir. Lakin Ceyms Taper bu tələbə qarşı çıxıb və mirasdan özü də pay tələb edib. Taperin dediyinə görə, Enn Heş münasibətləri davam edərkən ona e-poçt göndərmişdi və bu mesajda bir vəsiyyət var idi. Lakin Enn Heşin oğlu Homer bu sənədin anası tərəfindən imzalanmadığı üçün etibarsız olduğunu iddia edir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar