Çərşənbə axşamı, 27 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+20 ° Quba
+19 ° Qusar
+25 ° Gəncə
+25 ° Lənkəran
+29 ° Naxçıvan
+25 ° Salyan
+23 ° Şəki
En

Okeanda yoxa çıxan baş nazir – 54 ildir Harold Holtun meyidi tapılmır

Ayrı-ayrı dövrlərdə dünya dövlətləri liderlərinin həyatında təəccüb doğuracaq çox hadisələr baş verib: intihar, gözlənilməz istefa, ailə qalmaqalları və s. Amma bir hökumət başçısının, dünyanın siyasət müstəvisində kifayət qədər ciddi siyisi fiqur sayılan bir siyasətçinin “yoxa çıxması” faktı sözün əsl mənasında sensasiyaya çevrilib. Bu hadisə 20-ci əsrdə, 1967-ci ildə baş verib. Dekabrın 18-də avstraliyalılar qəzetlərin manşetlərindəki xəbər başlıqlarından şoka düşüblər: “Avstraliyanın baş naziri Harold Holt yoxa çıxıb”.

Harold Holt 1908-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatında anadan olub. Orta təhsil aldıqdan sonra Melburn Universitetində oxuyub. Hüquq fakültəsində təhsil alan Harold Holt gənc yaşlarından siyasətə böyük maraq göstərib. Məktəb müəllimləri olan valideynləri onu gələcəkdə pedaqoq görmək istəsələr də, Holt onların istəyini həyata keçirməyib, öz gələcəyini özü müəyyənləşdirib, siyasət yolunu seçib.
Harold Holt 27 yaşında Avstraliya parlamentinin üzvü olub və 30 il müddətində o, deputat mandatını saxlaya bilib. 30 yaşında nazir kürsüsünə sahib olan Holt hökümətin bir neçə qurumuna, Əmək nazirliyinə, Miqrasiya xidmətinə, Elmi-sənaye nazirliyinə başçılıq edib. 1966-cı ildə isə o, parlamentdə böyük səs çoxluğu qazanaraq Avstraliyanın baş naziri vəzifəsinə seçilib.

Harold Holt avstraliyalıların yaddaşında fərqli bir siyasətçi kimi qalıb. O, baş nazir seçildikdən sonra bütün mühafizəsini ləğv edib, bina ehtiyac olmadığını bildirib. Holt hökumət başçısı olduğu 20 ay müddətində Avstraliya yeni milli valyutaya keçib, yeni konstitusiya yazılıb. Hökumət başçısı kimi onun ilk səfərlərindən biri ABŞ-a olub. Harold Holt Vyetnam məsələsində Amerikanın mövqeyini dəstəkləyib və Avstraliyanın 6 min nəfərdən artıq hərbi kontingenti Vyetnama göndərilib.

Baş nazir şəxsi həyatında da fərqlənib. Təbiət vurğunu olan Holtun əsas şakəri sualtı ov olub. O, vaxtının məhdud olmasına baxmayaraq, öz əyləncəsinə vaxt ayıra bilib.

Harold Holt özünü peşəkar üzgüçü sayıb. Hətta baş nazir suyun altında qalmaq rekorduna imza atmaq fikrinə də düşüb. Üzgüçülüklə bağlı Holt dostları ilə mübahisələrə girişib, mərcə girib və öz bacarığını əyani şəkildə göstərib.

Qadınlara qarşı laqeyd olmayan Holtun adı keçmiş tələbə yoldaşı ilə arabir hallanıb. Ancaq baş nazir bu söz-söhbətə ciddi reaksiya verməyib.

Kifayət qədər enerjili olan Holt bəzən sutka ərzində 15-16 saat işləyib. Müsairlərinin söylədiklərinə görə, ağır iş saatlarından sonra Holt heç vaxt yorğun görünməyib.

1967-ci ilin dekabrın 16-da, həftənin şənbə günündə Harold Holt istirahət üçün hərbi təyyarə ilə Viktoriya ştatına uçub. Həyat yoldaşı isə paytaxt Kanberrada qalıb. Holt şənbə gününü Melbrunda keçirib. Səhərisi gün, dekabrın 17-də o, Melbrundkı evinin yaxınlığındakı köşkə düşüb, bir neçə qəzet alaraq geri qayıdıb. Saat 11 radələrində baş nazir istirahət etmək üçün okean sahilərində yerləşən Portsiyə getməyə hazırlıq görüb. O, bu səfərə dörd dostu ilə, Mardceri Gillespi, onun qızı və bu ailənin yaxını olan daha iki qadınla çıxıb. Yolüstü Holt özü idarə etdiyi avtomobili Çevoit çimərliyində saxlayıb, okenda üzmək istədiyini bildirib. Dekabr ayı olmasına baxmayaraq, hava şəraiti okena girməyə imkan verib.

Baş nazir qadınların qarşısında “məharət”ini göstərmək üçün okenanın dərinliklərinə üz tutub və bir daha geri qayıtmayıb.

Yarım saata yaxın vaxt keçdikdən sonra baş nazirin dostları onun geri qayıtmadığından narahat olublar və yaxınlıqda olan polislərə müraciət ediblər. Bir saatdan sonra Viktoriya ştatından 350 nəfərə yaxın xilasedici Holtun axtarışına cəlb olunub. Səhərisi gün isə Avstraliya paytaxtından mütəxəssislər Çevoit sahillərində axtarışa başlayıblar. Beş günlük axtarışlar heç bir nəticə verməyib. Peşəkar xilasedicilər axtarışların mənasız olduğunu bildirində Avstraliya məhkəməsi Holtun meyidi tapılmadan onun olməsi haqqında qərar çıxarıb.

Dekabrın 17-də Harold Holtun “dəfn” mərasimi keçirilib. Mərasimdə bir sıra xarici dövlətlərin liderləri də iştirak edib. Minlərlə avstaraliyalı mərasim keçirilən meydana üz tutublar.

Harold Holtun yoxa çıxması təkcə Avstraliyada deyil, dünyada bir çox versiyaların səsləndirilməsinə səbəb olub.

Versiyaların birinə görə, baş nazirin aradan götürülməsi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin işi olduğu bildirilib. Belə ki, guya Holt öz hərbi kantingentini Vyetnamdan geri çağırmaq istəyib.

Başqa bir versiyada Holtun intihar etməsi fikri bildirilib. Baş nazir ailəsində yaranacaq qalmaqaldan qurtulmaq üçün intihar yolunu seçib. Son vaxtlar onun tələbə yoldaşı və çimərlikdə onunla birgə olan Mardceri Gillespi ilə münasibətləri mətbuata da yol açdığından Holt öz siyasi imicinin ləkələnəcəyindən qorxduğundan bu yolu seçib.

Daha bir versiyada SSRİ xüsusi xidmət orqanlarının adı hallanıb.

Digər versiyalarda Holtun akulalara yem olması, qəfil ürək tutması, okeanın sürətli axar hissəsinə düşməsi və s. kimi fikirlər səslənib.

Bütün bu çoxsaylı və fərqli versiyaların arasında isə Avstraliyanın 17-ci baş naziri, 59 yaşlı Harold Holtun yoxa çıxmasının əsl səbəbi bilinməyib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Kəlbəcər istiqamətində döyüşlər: Zod qızıl yatağı boşaldıldı

Ərdoğanın baş müşavirindən Şeyxlə bağlı daha bir açıqlama

Peyvənd olunmayanların bu yerlərə girişi qadağan olunacaq - Rəsmi

Nəzakət Mehdiyeva MİQ iştirakçılarını aşağıladı: "Bunlardan müəllim olmayacaq, yaxşı ki, kəsilirlər" - Səs yazısı

Bakı Dövlət Universitetinə yeni prorektor təyin edilib

Elçibəyin Allahşükür haqda sensasion çıxışı: “Türk millətini gözdən salırsan” - Video

Xüsusi karantin rejimi ilə bağlı yeni qərar qəbul edilib

İlham Əliyevdən Abel Məhərrəmovun oğlu ilə bağlı sərəncam

200 minlik “zerkalnı nömrə” tələsi: Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Ceyhun Səfərov “Azəriqaz”-dakı vəzifəsindən azad olundu

Səfir təyin edilən Fuad İsgəndərovdan böyük səhv – Foto

Ən çox oxunanalar