Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin açılışı və suqəbuledici qurğuların təqdimatı olub - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.

PİA.az xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına kiçik su elektrik stansiyaları haqqında məlumat verib.

Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinin əhatəsinin genişləndirilməsi, azalmaqda olan su ehtiyatlarından səmərəli istifadə, təbii qaza qənaət, ətraf mühitin qorunması və “yaşıl enerji”nin prioritet istiqamət seçilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu tələblərə uyğun olaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Oğuz rayonunun Daşağıl çayı üzərində 5 kilometr məsafədə kaskad üsulla 3 yerdə ümumi gücü 3,6 meqavat olan kiçik su elektrik stansiyasından ibarət hidroqovşaq yaradılıb, bu stansiyalarda ümumilikdə 8 hidroaqreqat quraşdırılıb. Baş Daşağıl kəndində hər üç stansiyanın mənbəyi olaraq suqəbuledici və sel sularının ötürülməsi üçün sutullayıcı qurğu inşa edilib. Bu qurğunun yaradılması “yaşıl enerji”nin istehsalı ilə yanaşı, rayonun su təchizatına da töhfəsini verib.

Qeyd edilib ki, pilləli üsulla tikilən üç kiçik su elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək. Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək “Oğuz” kiçik su elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, “yaşıl enerji” nisbətinin bir qədər də yüksəlməsinə səbəb olub.

Məlumat verilib ki, hər üç elektrik stansiyası rəqəmsal qaydada “Azərenerji”nin SCADA dispetçer sisteminə qoşularaq Azərbaycanın ümumi enerji sisteminə inteqrasiya edilib.

Dövlətimizin başçısı elektrik stansiyalarını işə salıb.

Onu da vurğulayaq ki, Prezident İlham Əliyevin “yaşıl enerji” strategiyasına uyğun olaraq son 2 ildə ölkəmizin istər işğaldan azad edilən, istərsə də digər ərazilərində ümumi gücü 50 meqavatdan artıq olan 14 kiçik su elektrik stansiyası yaradılıb və yaradılmaqdadır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2”, “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında və suqəbuledici qurğuların təqdimatında iştirak edib.

PİA.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar