Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Orxan Pamukun yeni romanı “Qırmızı saçlı qadın” fevralın əvvəlində çap olundu


Və elə bu ay az qala Pamukun hər romanı haqqında tənqidi məqalə yazan tarixçi Murad Bardakçı bir yazı qələmə aldı.
 
Bardakçı “Qara kitab” romanında yazıçını plagiatçılıqda ittiham etmişdi.
 
Bu dəfə isə tarixçi başqa bir konkteksdən Pamuku hədəf aldı.
 
Romanın bir yerində Pamuk belə yazmışdı:
 
“Bir zamanlar skandal və cinayət xəbərlərini önə çıxardan qəzetlərində Edip, Rüstəm və Zöhrab hekayələrinə çox rast gəlirdim. İstanbulda iki növ hekayəni oxucu çox sevirdi. Birincisi, oğlu əsgərlikdə, həbsdə olan atanın gənc, gözəl gəlini ilə yatması və məsələdən xəbər tutan oğulun atasını öldürməyi. İkincisi isə cinsi aclıq çəkən oğlun affekt halında anası ilə yatması idi”.
 
Murad bəy məsələyə də mediatik tərəfdən baxır: “Bu cür hadisələr nadir olsa da olur, amma belə rəzalətlər heç zaman qəzetlərdə yazılmaz və yazılmasının birinci səbəbi də qanuni qadağalardır”.
 
Əlbəttə, romançı bu cür şərti şeylər edə bilər, çünki yazılan bir romandır, media haqqında bir araşdırma deyil.
 
Bardaqçı Avropa ölkələrində də bu cür qadağaların mövcud olduğunu deyir.
 
Bu yazını səhər gördüyüm bir xəbərin üstündən yazıram.
 
İyirmi beş yaşlı oğlanın anasını zorladığı barədə xəbər bəzi mətbu orqanlarda çap olunmuşdu.
 
Bu xəbərlərin çapı üçün bizdə hüquqi qadağalar yoxdur.
 
Amma bəs media etikası?
 
Bu rəzaləti bölüşməklə məqsədimiz nədir?
 
Bu xəbər ürəyimizi bulandırmaqdan başqa nəyə yarayır?
 
İnsanların əsəbini korlamaq, həyatdan iyrəndirmək üçünmü edirlər?
 
Hüquqi qadağa yoxdursa belə bu cür xəbərlərə daxili qadağa qoyulmalıdır.
 
Və hər bir oxucu da fərdi məsuliyyətini anlamalı, belə xəbərləri nə oxumalı, nə da sosial şəbəkələrdə paylaşmalıdır.
 
Qan TURALI(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Etiqadı batil molla oğlu, tülkünü həccə göndərən - Şaiqin həyatı

O iyrənc zorlama xəbəri və qırmızıbaş qadın

Antiterror təşkilatımızın yandırılan möhürü

Sürücüsüz maşınlar gəlir bəs bizim xəyallar?

Ən çox oxunanalar