Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda Ərdoğanla İrakli Qaribaşvili arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında görüş olub.

APA-nın Gürcüstan bütosu xəbər verir ki, görüş BMT Baş assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində baş tutub. Gürcüstan Baş nazirinin administrasiyasına istinadən məlumat verir ki, təkbətək və geniş tərkibdə baş tutan görüşlər zamanı regiondakı vəziyyətlə bağlı müzakirələr aparılıb.

Söhbət ErmənistanAzərbaycan arasında ABŞ və Gürcüstanın vasitəçiliyi ilə saxlanılan ermənilərin və minalanmış ərazilərin xəritələrinin mübadiləsinə dair razılaşmaya fokuslanılıb. Qeyd olunub ki, bu razılaşma qonşu ölkələr arasında əməkdaşlığın inkişafı üçün yaxşı əsas verir. İ. Qaribaşvili Gürcüstanın regiondakı əsas məqsədinin Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləmək olduğunu qeyd edib. Baş nazir Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsində Prezident R. T. Ərdoğanın səylərini xüsusi vurğulayıb. Ölkələr arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu il keçiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Görüş zamanı çoxtərəfli əməkdaşlığa da diqqət ayrılıb, müxtəlif sektorlara dair məsələlərin müzakirə edildiyi Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının böyük önəm daşıdığı qeyd olunub.

İ. Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə R. T. Ərdoğana təşəkkür edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Ən çox oxunanalar