Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nuran Abdullayev: “Azərbaycan bunu etsə, COVID-19-la mübarizədə Almaniyanı keçər”

"Artıq bizə məlumdur ki, son elmi tədqiqatlara əsasən, COVID-19-un yayılmasına səbəb virusa yoluxanların təxminən 20%-dir. Yerdə qalan təxminən 80% yoluxmuş insan isə digərlərini yoluxdurmurlar. Bu aspektdən yanaşaraq mütləq yoluxma halları baş verərkən klasterlər soruşulub öyrənilməlidir".

Bu fikirləri "Report"a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, televiziyalarda və mətbuatda insanlara klasterin nə demək olduğu izah edilməlidir:

"İnsanlar klaster yaradacaq bir yerə yığışmaqdan çəkinməlidirlər. Ancaq bu yolla virusu yayan 20% insanları izolyasiya edib virusun yayılmasının qarşısını almaq mümkün olar. Çünki, məsələn 60 nəfərlik viruslu xəstə olan bir yerdə sadəcə 12 nəfər virusun yayılmasına səbəb olur. Bu 12 nəfərin kim olduğunu isə heç kəs bilmir, ona görə də hər kəs izolyasiya edilib və karantinə alınmalıdır. Mütləq olaraq viruslu xəstənin son 10 gün ərzində iştirak etdiyi klaster aşkar edilməlidir. Hər kəs nə zaman klasterdə iştirak etdiyi barədə özü üçün xüsusi qeyd aparmalıdır. Virusa yoluxma aşkarlanarsa, son 10 gün ərzində həmin adamın iştirak etdiyi klasterdə olan hər kəs izolyasiya edilib karantinə alınmalıdır".

Tibb elmləri doktoru bildirib ki, növbəti mərhələdə isə virusa ən çox yoluxmanın hansı klasterlərdə baş verməsinin siyahıya alınmasıdır:

"Daha sonra insanlara elan edilməlidir ki, belə bir yerə yığılmaqdan imtina edilsin. Eyni zamanda, bütün klasterlərdə virusa yoluxma halları eyni dərəcədə yüksək deyil. Məsələn, Almaniyada supermarketlərdə virusa yoluxma aşağıdır, amma ev şəraitində keçirilən tədbirlərdə isə daha çoxdur. Azərbaycanda da yoluxma hallarının baş verdiyi məkanlar müəyyənləşdirilməli və nəticədən asılı olaraq əhaliyə xəbərdarlıq edilməlidir".

"Almaniyada klasterlərdə olan hər kəsin izolyasiyasiya olunması və karantinə alınmasının hüquqi tənzimlənməsi işləri müzakirə olunur, amma tətbiq edilə bilmir və çox çətin görünür. Azərbaycan isə bunu bu gün tətbiq edərsə, sizi əmin edirəm ki, virusla mübarizədə Almaniyadan önə keçər", - N.Abdullayev əlavə edib.

pia.az


Etiket: Covid-19

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar