Nigeriyada kilsənin xeyriyyə aksiyası faciəyə çevrilib.
APA-nın “Le Matin” saytının xəbərinə görə, kilsənin futbol meydançasında imkansızlar üçün pulsuz ərzaq paylaması izdihama səbəb olub. Yaranan sıxlıqda 32 nəfər ayaq altında qalaraq ölüb.
Qeyd edək ki, bu cür hadisələr Nigeriyada tez-tez baş verir.
pia.az