Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Niderlandda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Niderlandın Haaqa şəhərində 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Diasporla Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Niderland Krallığındakı səfirliyində təşkil edilən tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.

Azərbaycan və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov çıxış edib. 104 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti barədə ətraflı məlumat verən diplomat ötən əsrin 90-cı illərində müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın üzləşdiyi erməni təcavüzündən danışıb. Bildirib ki, 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. Hazırda Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq işləri, ölkəmizin Avropa İttifaqının enerji təminatçısı olduğu, irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi diqqətə çatdırılıb.

Bu il Azərbaycanla Niderland arasında diplomatik əlaqələr qurulmasının 30 ilinin tamamlandığını xatırladan səfir dövlətlərarası münasibətlərin inkişafından da bəhs olunub.

Tədbir Niderlandda fəaliyyət göstərən Azərbaycan rəqs qrupunun çıxışı ilə davam edib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar