Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəzakət Mehdiyevanın səsini yayan müəllimə işdən çıxarıldı: “İtirəcək heç nəyim yoxdur”

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ətrafında qalmaqal davam edir.

Bir neçə gün əvvəl Azərbaycan dili və ədəbiyyat müəllimlərinin imtahan sualları ilə bağlı narazılığı ölkədə böyük səs-küyə səbəb oldu. Hətta gərginlik o həddə çatdı ki, gənc müəllimlərin etirazını görən Təhsil naziri Emin Əmrullayev imtahan suallarının üç gün ərzində yenidən komissiya tərəfindən yoxlanılacağı barədə açıqlama verdi.

Bu gün isə nazirlik rəsmi məlumat yayaraq müəllimlərin haqlı olduğunu, yəni Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyini, bu səbəblə də yenidən imtahan keçiriləcəyini diqqətə çatdırıb.

MİQ imtahanı ilə bağlı narahatlığın tam sonlanmadığı bir vaxtda Təhsil İnstitunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin (TİPİM) sədri Nəzakət Mehdiyevaya məxsus təhqiramiz səs yazısının yayılması isə ötən gün gərginliyi pik həddə çatdırıb. Belə ki, səs yazısında Nəzakət Mehdiyeva, “Bunlardan müəllim olmayacaq, elə bunlar yaxşı ki, kəsilirlər”, – deyərək sualların çətin salınmasına haqq qazandırmağa çalışıb.

Onun səs yazısı ilə bağlı material saytlarda dərc olunduqdan sonra isə məsələnin miqyası daha da böyüyüb. Görünür, müəllimlər qrupuna atılan bu səsi ilk əvvəl tələbələrin, daha sonra da medianın və bütün ictimaiyyətin dinləməsi Nəzakət Mehdiyeva və qrupda olan digər müəllimləri hiddətləndirib.

Yenisabah.az-a daxil olan məlumata görə, hətta bu səs yazısını yaymaqda ittiham edilən Mərkəzin Fidan adlı eksperti işindən azad edilib.

Məsələni aydınlaşdırmaq üçün Fidan xanımla əlaqə saxladıq. O, saytımıza açıqlamasında ikinci dəfə problem yaşamaq istəmədiyi üçün iş həyatı ilə bağlı məlumat verməyəcəyini bildirib:

“Mən sizə heç bir məlumat verməyəcəm, çünki ikinci bir boş problem istəmirəm, o mənim şəxsi işimdir, özüm bilərəm çıxarılmışam, ya yox. İtirəcək heç nəyim yoxdur. Mən körpə uşaqla evdə məzuniyyətdəyəm. Telefonumdan o səs yazısını hansı tələbə, necə paylaşıb bilmirəm. Onu da aydınlaşdıracağıq.

Müraciət etmişəm, bizim bölmənin rəisi araşdırır. O ayrı məsələ. Bilmirəm kim çəkib adımı. Heç kim boynuna götürmür. Bunu tapmaq problem deyil, istintaq açılacaq, başım ağrıyacaq...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar