Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyxin kəskin İran bəyanatları Azərbaycan şiələrini İran ayətullahlarından uzaqlaşdıracaqmı?

Şeyxülislamdan daha çox İran ayətullahalrına biət edən Azərbaycanın şiə dindarları şeyxülislamın bəyanatını diqqətə alıb İran ayətullahlarına məsafəli davranacaqlarmı?..

AĞ Partiya sədri: “Düşünmürəm ki, Allahşükür Paşazadənin İranla bağlı dəyişən mövqeyi Azərbaycanda olan dindarların da mövqelərinin dəyişməsinə və onların da İrandan uzaqlaşmasına səbəb olacaq”.

“Allahşükür Paşazadə səviyyəsində İrana qarşı mövqe sərgiləməsi o deməkdir ki, artıq İranın fəaliyyəti İslama da, şiəliyə də sığmır”.

Bu sözləri AĞ Partiya sədri Tural Abbaslı Qafqaz Müsəlmanları İdarəsinin sədrinin İranla bağlı verdiyi kəskin bəyanatlarını PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran haqda kəskin bəyanatlar verib. QMİ sədrinin bu bəyanatı ictimaiyyət arasında ciddi müzakirəyə səbəb olub. Hər zaman İranla münasibətləri yüksək səviyyədə olan Allahşükür Paşazadə İranla Azərbaycan arasında, bir növ, yumşaldıcı rol oynayıb.

Şeyxülislam Allahşükür Paşazadənin bu kəskin bəyanatı nədən xəbər verir və şeyxülislamdan daha çox İran ayətullahalrına biət edən, onları özlərinə rəhbər və dini lider bilən Azərbaycanın şiə dindarları şeyxülislamın bəyanatını diqqətə alıb İran ayətullahlarına məsafəli davranacaqlarmı?

Mövzunu PİA.az-ın əməkdaşı AĞ Partiya sədri Tural Abbaslı ilə müzakirə edib.

Tural Abbaslı: “Bəlli bir kəslərin Allahşükür Paşazadənin mövqeyini nəzərə alaraq İranla daha məsafəli davranmaları gözləniləndir”.

Azərbaycan şiələrinin, yaxud da müsəlmanlarının İran təsirindən çıxarılmasını tək Allahşükür Paşazadənin ümidinə buraxmağı düzgün hesab etməyən partiya sədri PİA.az-a açıqlamasında qeyd edib ki, aidiyyatı qurumlar bu məsələdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar:

“Allahşükür Paşazadə İranla bağlı mövqeyini dəstəkləyirəm. Belə də olmalıdır. Qafqaz Müsəlmanlarının Şeyxinin İranAzərbaycanın hazırkı vəziyyətində bundan başqa da mövqeyi olmalıdır. Bu mövqe dövlət və millət maraqlarına uyğun olan mövqedir. Azərbaycanın dini liderinin belə bir mövqedə olması sevindiricidir.

Allahşükür Paşazadə İranla Azərbaycan münasibətlərinin yumşalması üçün həmişə vasitəçi şəxslərdən olub. Onun proseslərə kifayət qədər də təsir etmək imkanları olub. Amma düşünmürəm ki, Allahşükür Paşazadənin İranla bağlı dəyişən mövqeyi Azərbaycanda olan dindarların da mövqelərinin dəyişməsinə və onların da İrandan uzaqlaşmasına səbəb olacaq. Hər bir halda bəlli bir kəslərin Allahşükür Paşazadənin mövqeyini nəzərə alaraq İranla daha məsafəli davranmaları gözləniləndir.

Tural Abbaslı: “Azərbaycan dini elitası yerli və milli insanlardan təşkil olunmalıdır”.

Bir çox hallarda adi bir siyasətçinin İran haqqında nəyisə deməsi əks tərəfdə belə mövqe yaradır ki, bu əslində İrana yox, İslama olan hücumdur. Ancaq indi Allahşükür Paşazadə səviyyəsində İrana qarşı mövqe sərgiləməsi o deməkdir ki, artıq İranın fəaliyyəti İslama da, şiəliyə də sığmır. Paşazadənin bu bəyanatı çox ciddi, önəmli bəyanatdır. Onların bu məsələdə belə də davam etməkləri arzuolunandır.

Onu da qeyd edim ki, Azərbaycan şiələrinin, yaxud da müsəlmanlarının İran təsirindən çıxarılmasını tək Allahşükür Paşazadənin ümidinə buraxmaq da düz deyil. Aidiyyatı qurumlar bu məsələdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar. Azərbaycan məscidləri xarici təsirlərdən təmizlənməlidir. Azərbaycan dini elitası yerli və milli insanlardan təşkil olunmalıdır. Bu bizim dövlət təhlükəsizliyi məsələlərimizdə gələcəkdə nəzərə alınmalıdır. Çünki gələcəkdə bu bizə böyük təhdidlər yarada bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar