Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə baş verən zəlzələnin təbii halda baş verməsi real görülürmü?..

Artıq elə bir zamanda yaşayırıq ki, zəlzələnin belə təbii olub, olmadığını təsbit etmək müşkülə çevrilib...

Politoloq: “Türkiyə ərazisi seysmik aktiv olduğu üçün belə zəlzələlər həmişə gözlənilir”.

“Zəlzələnin kənar və süni səbəblərdən baş verməsi fikri maraqlı olsa da, konspiroloji nəzəriyyə kateqoriyasındandır”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyədə baş verən zəlzələni PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verdi.

Hal-hazırda olan vəziyyəti prezident Ərdoğan açıqladı. Ərdoğan bildirdi ki, zəlzələ nəticəsində 913 nəfər həlak olub, 5385 nəfər yaralanıb, 2818 bina isə dağılıb.

9000 heyət axtarış xilasetmə işlərinə cəlb olunub.

Bəs Türkiyədə baş verən zəlzələnin təbii halda baş verməsi real görülürmü? Hökumət tərəfindən baş vermiş fəlakətin araşdırılması həyata keçiriləcək?

Türkiyə zəlzələnin PİA.az-ın əməkdaşı siyasi müşahidəçi Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Süni şəkildə zəlzələ yaradılması və ya bunun isbat edilməsi faktı hələ heç kim tərəfindən nə sübut edilib, həm də qeydə alınıb”.

Bu məsələnin elə söz olaraq qalacağını düşünən politoloq PİA.az-a bildirib ki, indi əsas məsələ zəlzələdən zərər çəkən insanlara tək Türkiyənin yox, bütün dünyanın yardım etməsidir:

“Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində böyük insan tələfatı və yıxımların olduğu xəbəri bütün Azərbaycan xalqını sarsıltı. İlk növbədə Azərbaycan xalqı və öz adımdan bütün Türk dünyasının başı sağ olsun deyirik və həlak olmuş soydaşlarımıza Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirik. Yaralanan və zərər görən qardaşlarımıza da şəfa diləyir, keçmiş olsun deyirik.
Bu, güclü və ağır zəlzələ oldu.

Ümumiyyətlə, Türkiyə ərazisi seysmik aktiv olduğu üçün belə zəlzələlər həmişə gözlənilir. Türkiyə hakimiyyəti, xüsusən də, AKP hakimiyyətə gələndən sonra bu məqsədlə böyük quruculuq işləri görüb, əksəriyyət davamsız binaları yeniləri ilə əvəz edib. Amma bu təbii fəlakətdir. Göründüyü kimi də yüksək səviyyəli zəlzələ olub. Böyük ehtimalla, əgər tələfat az olacaqsa, bu, görülən işlərin nəticəsidir.

Zəlzələnin kənar və süni səbəblərdən baş verməsi fikri maraqlı olsa da, konspiroloji nəzəriyyə kateqoriyasındandır. Hesab etmirəm ki, bu, belədir. Məsələ ondadır ki, belə işlərdə hakimiyyətlər daha məlumatlı olur və araşdırma da gizli aparılır. Amma bu elə bir məsələdir ki, süni şəkildə zəlzələ yaradılması və ya bunun isbat edilməsi faktı hələ heç kim tərəfindən nə sübut edilib, həm də qeydə alınıb.

Ona görə də, hesab edirəm ki, bu məsələ elə söz olaraq qalacaq. İndi əsas məsələ zəlzələdən zərər çəkən insanlara tək Türkiyənin yox, bütün dünyanın yardım etməsidir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar