Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peter Dunai: “Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir” 

Azərbaycan Türkiyə Respublikası ilə Rusiya arasında vasitəçi kimi çıxış edir...

Azərbaycan və Türkiyə fəal şəkildə “enerji diplomatiyası”nı davam etdirirlər. Ötən həftə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin doqquzuncu görüşü və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin birinci görüşündə Azərbaycan və Macarıstan arasında Anlaşma Memorandumu imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd “komandamıza daxil olan ölkələrin sayını artırır”. Öz növbəsində Macarıstan xarici işlər naziri Peter Siyarto sosial şəbəkədəki səhifəsində yazıb ki, Macarıstan Azərbaycanın köhnə dostudur və hazırda Macarıstanın əsas məqsədlərindən biri Azərbaycan təbii qazının bu ölkənin bazarına çatdırılmasını təmin etməkdir. Bundan əlavə, 2023-cü il fevralın 14-15-də İstanbulda Qaz Sammiti keçiriləcək. Tədbir Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması ilə bağlıdır. Ankara isə qovşağın tam fəaliyyətə başlaması üçün sürətləndirilmiş şəkildə infrastruktur hazırlıqlarını davam etdirir.

Macarıstanlı jurnalist və analitik Peter Dunai Oxu.Az-a müsahibəsində Azərbaycanın Avropanın enerji layihələrində və Türkiyənin qaz qovşağında böyük rolunu qeyd edib.

- Əvvəlcə onu deyim ki, Macarıstan fevralın ortalarında Türkiyədə keçiriləcək Qaz Sammitində iştirak edəcək. Macarıstan və bütövlükdə Avropa İttifaqı üçün bu olduqca maraqlı layihədir. Azərbaycan burada üçlü rol oynayır. Birincisi, Azərbaycan “Şahdəniz” qaz yatağından enerji resurslarının tədarükçüsü kimi çıxış edir. Bakı hər il Avropaya milyardlarla kubmetr qazın verilməsini təmin edir. İkincisi, Azərbaycan Səngəçal terminalından başlayaraq qaz kəmərləri sisteminin fəaliyyətini təmin edir. Yeri gəlmişkən, mən orada olmuşam, bilirəm ki, bu, nəhəng bir tikilidir. Azərbaycan təkcə təbii qaz hasilatı üçün deyil, həm də onun Avropaya nəqli üçün hər imkana sahibdir. Üçüncü məqam isə ondan ibarətdir ki, Azərbaycan özü regional mərkəzə çevrilir. Bildiyim qədərilə, Xəzərin dibi ilə Transxəzər boru kəmərinin çəkilməsinə nail olunarsa, Qazaxıstan və Türkmənistandan qazın və həmçinin də ola bilsin, neftin boru kəməri sisteminə qoşulması planları mövcuddur. Macarıstan buna çox perspektivli layihə kimi baxır, onun həyata keçirilməsi Azərbaycana enerji resurslarını Mərkəzi Asiyadan Türkiyəyə və daha sonra digər Avropa ölkələrinə nəql etməyə imkan verəcək.

Türkiyə beynəlxalq mərkəzə çevrilməyə hazırlaşır və buna da tam haqqı var. Təbii qaz həmçinin Rusiyadan da tədarük olunacaq və nəticədə Rusiya Federasiyasından, Azərbaycandan, Mərkəzi Asiyadan və s. gələn mavi yanacaq qarışımı yaranacaq. Bizim üçün bu çox yaxşıdır, çünki daha çox resurslar ortaya çıxır. Bu, Macarıstan və Avropa İttifaqına enerji təhlükəsizliyinə dair təminat verir.

Aİ-nin üzvü olan Macarıstan qovşaq rolunu oynayacaq, Serbiya, bəlkə də, Rumıniya ərazisindən boru kəmərləri Avstriya istiqamətində ölkəmizdən keçəcək. Vyana isə Qərbi Avropanın qaz mərkəzidir ki, biz artıq ona qoşulmuşuq. Şərqi və Mərkəzi Avropa inkişaf etmiş boru kəmərləri şəbəkəsi ilə xarakterizə olunur. Qərbi Avropanın təbii qaza ehtiyacı var. Ukraynadakı müharibə səbəbindən Rusiya qazının bu istiqamətdə nəqli dayananda bu, Avropa, ilk növbədə Almaniya sənayesinə ciddi zərbə oldu və məhsullarda bahalaşma ilə nəticələndi. Amma Amerika malları ucuz enerji resursları sayəsində daha rəqabətqabiliyyətli oldu. Bu, qlobal sistemdir.

- Bu günlərdə Prezident İlham Əliyev tərəfindən Budapeştdə danışıqlar keçirildi və Azərbaycanla Macarıstan arasında iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı. Belə bir təəssürat yaranır ki, Macarıstan Azərbaycan üçün Aİ-də ən yaxın siyasi tərəfdaşlardan biridir. Budapeşt hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib...

- Azərbaycan bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bizi çox şey bağlayır ki, bu, hətta gündəlik həyat və düşüncə tərzində də özünü göstərir. Macarlar türk dünyası ilə bağlılığı olan şərq xalqıdır. Bizim üçün bu, tarixi faktdır. Bizim Azərbaycana baxışımız isə anlayış, dostluq və rəğbət hisslərini əks etdirir. Bu baxış təkcə siyasi sahəyə deyil, insani münasibətlərə də şamil olunur.

Bütövlükdə Macarıstanın siyasəti çoxfaktorlu və çoxvektorludur. Biz Avropa İttifaqının və NATO-nun bir hissəsiyik, lakin bu, bizim Şərq tərəfdaşlarımızla, ilk növbədə Azərbaycanla dostluq münasibətlərimizə mane olmur.

- Macarıstan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də əlaqələri inkişaf etdirir. Macarıstan bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü. Və maraqlısı odur ki, Macarıstanın xarici işlər naziri Peter Siyartonun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi bu təklif həm Qərbdə, həmçinin də Rusiyada bir çox siyasi ekspertlər tərəfindən qərəzlə qarşılandı. İnanılmaz birlik...

- Bu çox maraqlı sualdır. Qərbin tənqidindən başlayaq. Türkiyə 1987-ci ildən NATO-nun üzvüdür və Aİ üzvlüyünə namizəddir. Lakin Avropa heç cür ölkəni Aİ-yə qəbul etməyə cəsarət etmir və bu da Ankara ilə Brüssel arasında gərginlik yaradır. Türkiyə çoxvektorlu siyasət yürüdür ki, bu da hər kəsin ürəyincə olmaya bilər. Ankara Kiyevlə və müəyyən mənada da Moskva ilə əməkdaşlıq edir. “Taxıl sazişi”ni və təşkil olunmuş dəhlizi xatırlayın. Axı bu, Türkiyənin fəaliyyətinin nəticəsidir və bu da çoxvektorlu siyasət sayəsində mümkün olub. Eyni zamanda Türkiyə ilə Rusiya arasında münasibətlər kifayət qədər mürəkkəbdir, çünki Moskva Tehranla dostluq edir, İranın nüvə proqramı isə Qərbi çox narahat edir. Bundan əlavə, İran Rusiya Federasiyasına pilotsuz təyyarələr tədarük edir ki, onlar da Ukraynadakı müharibədə istifadə olunur. Öz növbəsində Ankara Ukraynaya pilotsuz təyyarələr satır, lakin eyni zamanda Rusiya ilə hərbi əməkdaşlıq edir. Beləliklə də bütöv bir “gərginlik yumağı” ortaya çıxır. Çoxlarının birmənalı hesab etmədiyi, əslində isə çoxvektorlu olan Türkiyə siyasəti həm Qərbdə, həm də Şərqdə belə reaksiyaya səbəb olur.

Bir vacib faktı da qeyd etmək istəyirəm: Azərbaycan və Türkiyə müttəfiqdirlər. Buna baxmayaraq, Bakının Moskva ilə yaxşı münasibətləri var. Azərbaycan, məncə, burada Türkiyə Respublikası ilə Rusiya arasında vasitəçi kimi çıxış edir.

pia.az


Etiket: Peter Dunai


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar