Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-NATO-Fransa koalisiyasının Cənubi Qafqaza gəlişi Azərbaycanı çətin duruma sala bilər?

Azərbaycan ABŞ-ın və Avropadakı müttəfiqlərinin müxtəlif adlar ilə regionumuza gəlməsini istəmir...

Siyasi-şərhçi: “Bir bəladan qurtulub, digər bəlanı regiona gətirmək, əlbətdəki yanlış olar”.

Ermənistan hər hansı bir yol ilə bölgəyə Avropa kontingentinin gətirilməsi ilə Qarabağ məsələsinin həllini uzatmaq niyyətindədir”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli millət vəkili Zahid Orucun beynəlxalq kontingentin bölgəyə gəlməsi ilə bağlı dediyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin Komitə sədri Zahid Orucun parlamentin iclasında dedikləri o mənaya gəlir ki, Azərbaycan ABŞ-ın və Avropadakı müttəfiqlərinin müxtəlif adlar ilə regionumuza gəlməsini istəmir.

Prinsip etibarilə ölkəmizin bu mövqeyini necə qiymətləndirmək olar? ABŞ-NATO-Fransa koalisiyasının Cənubi Qafqaza gəlişi Azərbaycanı çətin duruma sala bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Milli Məclisin Komitə sədri Zahid Orucun parlamentin iclasında dedikləri Azərbaycanın dövlət maraqlarına tam cavab verir”.

Fransa son dövrlərdə ermənipərəstlikdə Rusiyanı belə keçdiyini bildirən siyasi-şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, indiki məqamda separatçıların hüquqlarından danışan Fransa hərbiçilərinin regiona gəlməsindənsə, Azərbaycanın suveren ərazilərini tanıyan Rusiyanın qalması daha məqsədə uyğundur:

“Hesab edirəm ki, bu fikir Azərbaycanın dövlət maraqlarına tam cavab verir. Biz uzun müddətdir ki bölgədə Rusiya sülhməramlıların fəaliyyətsizliyi, ermənipərəst mövqeyini görürük və onların mandatının bitməsi ilə öz torpaqlarımızda tam nəzarəti ələ keçirəcəyimizi düşündüyümüz halda ABŞ-FRANSA sülhməramlı kontinqentinin Azərbaycan torpaqlarına gəlməsi, əlbətdəki ermənilərin xeyrinə olardı.

Onsuz da ermənilərin istəyi də budur. Ermənistan hər hansı bir yol ilə bölgəyə Avropa kontingentinin gətirilməsi ilə Qarabağ məsələsinin həllini uzatmaq niyyətindədir. Bu səbəbdən bir bəladan qurtulub, digər bəlanı regiona gətirmək, əlbətdəki yanlış olar. Əlaxsusdakı, bu koalisiyada Fransa kimi ermənipərəst bir ölkə yer alırsa, bu Azərbaycana heç lazım deyil.

Kamran Məmmədli: “Dövlətimizin əsas siyasəti heç bir başqa sülhməramlı kontingentə ehtiyac durmadan öz suveren ərazilərində nəzarəti bərpa etmək olmalıdır”.

Bildiyiniz kimi , Fransa son dövrlərdə ermənipərəstlikdə Rusiyanı belə keçib. İndiki məqamda Qondarma Arsaxın hüquqlarından danışan Fransa hərbiçilərin gəlməsindənsə, Azərbaycanın suveren ərazilərini tanıyan Rusiyanın qalması daha məqsədə uyğundur. Fikrimcə, dövlətimizin əsas siyasəti indiki məqamda 2025-ci ilədək Rusiya sülhməramlıların mandatının yekunlaşdırılması ilə onları evlərinə yola salmaq və heç bir başqa sülhməramlı kontingentə ehtiyac durmadan öz suveren ərazilərində nəzarəti bərpa etmək olmalıdır.

Rusiyadan sonra hər hansısa bir ölkənin hərbi nümayəndələri Azərbaycana gələcəksə bu mütləq Türkiyə ilə birlikdə olmalıdır. İlk siyasi və diplomatik hədəfimiz, ümümiyyətlə heç bir kontinqentin bizim ərazilərimizdə olmaması olmalıdır . Əgər müəyyən bizim maraqlarımızı qane edəcək şərtlər əsasında hər hansısa bir kontinqentin müvəqqəti gəlişi olarsa buda mütləq Türkiyə ilə birlikdə olmalıdır. Əks halda istənilən kontingentin ölkəmizdə olması bizim dövlət maraqlarımıza xidmət etmir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar