Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW analitikləri: Putin Ukraynanın işğalından əvvəl bir sıra yanlış qərarlar verib

Demək olar ki, bir il əvvəl Kreml rəhbəri rus ordusunun Kiyevi çox tez minimal itki ilə ələ keçirə biləcəyi ilə bağlı yanlış ehtimaldan çıxış edib...

Amerika Müharibə Araşdırmaları İnstitutunun analitikləri hesab edirlər ki, Putin öz ordusunun Ukraynaya hücumunu planlaşdırarkən məqsəd və vəzifələr barədə səhv qərarlar verib.

Rusiya kəşfiyyat xidmətləri Ukrayna hökumətinin tez bir zamanda dağılacağını və ordunun RF Silahlı Qüvvələrinə lazımi müqavimət göstərə bilməyəcəyini gözləyirdi.

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, bu tezislərlə Rusiyanın Ukraynaya qarşı müharibəsinin ildönümü ərəfəsində Amerika Müharibə Araşdırmaları İnstitutunun analitikləri çıxış ediblərr.

Məlumata görə 26 fevral 2022-ci ildə Putin Ukrayna üzərində qələbəni elan etməyi planlaşdırırdı. Eyni zamanda, Rusiya prezidenti Mərkəzi Bankının Ukraynaya qarşı gələcək müharibənin Rusiya iqtisadiyyatına təsiri ilə bağlı xəbərdarlıqlarını tamamilə rədd edib. Rusiya diktatoru Qərbin Ukraynanın müdafiəsinə qalxmayacağına qəti əmin olub.

Putin Ukraynanı işğal etmək planları ilə bağlı bir neçə, bəlkə də zəruri, praqmatik qərarları ardıcıl olaraq gözardı edib, gecikdirib və ya qismən yerinə yetirib. Rusiya rəhbəri 2022-ci ilin mayında rus millətçi icmasının ehtiyatda olan əsgərləri səfərbər etmək, Ukraynaya müharibə elan etmək, Rusiyada hərbi vəziyyətin tətbiqi və hərbi xidmətə çağırış sisteminin modernləşdirilməsi ilə bağlı dəfələrlə etdiyi çağırışlara məhəl qoymayıb.

Putin çox güman ki, Rusiya cəmiyyətinin müqavimətindən qorxub və bunun əvəzinə yayda nisbətən səmərəsiz səfərbərlik keçirməyə üstünlük verib.

Müharibənin əvvəlindən 2022-ci il dekabrın ortalarına qədər Putin ictimaiyyət arasına demək olar ki, çıxmırdı və “Xüsusi Əməliyyat”la bağlı bağlı müsahibələr vermirdi. Həmçinin Kreml əvvəlcə Xüsusi Əməliyyatı” dəstəkləyən rusiyalı hərbi blogerləri susdurmağa çalışıb, sonra isə Rusiya Müdafiə Nazirliyini fəal şəkildə tənqid etməyə başlayıb. Artıq 2022-ci ilin payızında Putin Rusiya daxilində Ukraynaya qarşı müharibə ilə bağlı qeyri-populyar tədbirlər görməyə başladı və o, qismən səfərbərlik, Ukrayna ilə sərhəddə istehkamların tikintisi elan etdi. Eyni zamanda kəskin silah çatışmazlığı da Rusiyanın əsas problemlərindən biri olaraq qalmaqdadır.

ISW analitikləri bildiriblər ki, Putin ikinci səfərbərlik dalğası keçirməkdən qorxur və əvəzində Ukraynadakı hadisələrlə bağlı ruslar arasında gizli rəy sorğusu keçirib. Rusiya prezidenti hələ də öz ölkəsi daxilində narazılıqdan qorxur və buna görə də “Xüsusi Əməliyyat”la bağlı yeni radikal addımlar atmağa risk etmir.

Eyni zamanda, analitiklər əmindirlər ki, Rusiya diktatoru NATO-nun cavabından ciddi şəkildə qorxduğu üçün Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar