Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalı sakini: “İşğaldan azad olunmuş torpağımın hər zərrəsi məzarsız atamın məzar daşıdır”

Xocalı sakini Lamiyə Qarayeva Xocalı xatirələrini paylaşıb...

Xocalı soyqırımı zamanı mənim iki yaşım var idi. Uşaq olduğuma görə, hadisələri tam xatırlamıram. Amma uşaqlıqda yaşadıqlarımı şüur altına ötürmüşəm. Dərk edə biləcəyim anlar xatirimdədir”.

Bu sözləri Oxu.Az-a müsahibəsində 1992-ci il fevralın 25-dən 26-a keçən gecə əsir götürülən Xocalı sakini Lamiyə Qarayeva deyib.

Lamiyə Qarayeva o zaman uşaq olsa belə, hər gün atışma səslərini eşitdiyini söyləyib:

Xocalı soyqırımı baş verən günə kimi yəni fevralın 25-dən 26-a keçən gecəyə qədər 4 ay idi ki, Xocalı blokadada idi. Gediş-gəliş tam məhdudlaşdırılmışdı. Biz həmin vaxtlar ancaq zirzəmilərdə günümüzü keçirirdik. Hər gün atışma səsləri olurdu. Hücum təhlükəsi ilə yaşayırdıq.

Vahid ordu olmadığı üçün Xocalının cavan oğlanları, ürəkli gəncləri könüllü şəkildə Xocalının müdafiəsinə qalxmışdılar. Nəticə olaraq Tofiq Hüseynovun rəhbərliyi ilə özünümüdafiə batalyonu yarandı. Atam və dayım özünümüdafiə batalyonunun döyüşçüsü idi. Həmin gecə evə gəlib, bildirdilər ki, artıq Xocalıya giriblər. Hücuma hazırlaşıblar. Xocalını tərk etmək lazımdır”.

Lamiyə Qarayeva həmin gecəni xocalıların mübarizliyinin, qəhrəmanlığının bariz nümunəsi olduğunu qeyd edib:

Xocalıda əhalinin ehtiyaclarının ödənilməsi kimi problemlər var idi. Bu qədər təhlükə ilə yaşadılar. Xocalılar bilirdilər ki, belə bir dəhşətli gecə yaşana bilər. Lakin heç kəs öz evini, elini, obasını qoyub getmədilər. Bu da xocalıların mübarizliyinin, qəhrəmanlarının bariz nümunəsidir.

Anamın dediklərinə görə, Dəmiryol vağzalı var imiş. Bir müddət orada qalmışıq. Orada belə ümidimizi itirmədik, evimizə qayıdacağımızı düşünürdük”.

Həmin gecə sanki təbiət də qan ağlayırdı..

Müsahibimiz ermənilərin həmin gecəni seçmələrinin təsadüf olmadığını bildirib:

“Əhalinin oradan çıxmasına məhdudiyyət üçün sırf belə bir gecə seçilmişdi. Ermənilər tərəfindən bir neçə səbəbi var idi. Xocalı olduqca əhəmiyyətli bir mövqedə yerləşirdi. Həmin ərazidə ən çox azərbaycanlılar yaşayırdılar. Həm də Qarabağda yeganə aeroport yerləşirdi. Həm də həmin gecə fevralın 26-da guya onlar əhalinin təhlükəsiz çıxması üçün açıq dəhliz bir yol qoyublar. Əslində onların mülki insanlarla heç bir işi olmamalıydı. Bunlar ağ yalandır. Açıq dəhliz dedikləri yerdə elə ən çox meyit var idi. Ən çox orada qətliam törədilmişdi.

Dəmiryol vağzalından istiqamətimizi tutduq. Hətta Xocalıya illərlə bələdçilik etmiş insanlar da yolu tapmaqda çətinlik çəkirdilər. Əhali pərəm-pərəm oldu. Hər dəstə bir istiqamət tutdu. Biz Ağdamın Abdal Gülablı kəndi istiqamətində gedişi planlaşdırmışdıq. Lakin səhvən yolu düzgün tapa bilmədik. Dəhraz kəndinə üz tutduq. Orada ermənilər tərəfindən pusquya düşdük. Atışma oldu. Bizim 200-300 nəfərlik dəstədə ciddi şəkildə qətlə yetirilənlər oldu. Başqa çarəmiz olmadığı üçün təslim olduq. Əsir götürüldük.

Biz Xocalıdan çıxanda Qarqar çayını keçəndə çətinlik çəkdik. Ac-susuz qaldıq. Kətik meşəsindən çıxmağa çalışırdıq, Lakin yenə də gəlib eyni nöqtəyə çatırdıq. Qarqar çayını keçəndə ciddi şəkildə əziyyət çəkdik. Həyatını itirənlər də oldu... Qadınlara soyuq o qədər pis təsir etmişdi ki, yalvarırdılar dözə bilmirik, güllələyin.

Əsirlikdə bizlə bərabər olanlar içərisində özünümüdafiə batalyonun döyüşçüləri var idi. Atamla bərabər 13 nəfər döyüşçü var idi. Çox böyük işgəncələr verilib. Bizə yemək, su vermədilər. Heç kəsə mərhəmət göstərmədilər. Döyüb, təhqir edirdilər”.

Hadisələrin şahidi atasını gəlib, apardıqlarını qeyd edib:

“Özünümüdafiə batalyonun döyüşçülərini gəlib, götürdülər. Atamı seçib aparanda, bir sutka dayanmadan ağlamışam. Mənə erməni qoca qadın quru çörək verəndə, mən əlimi vurub, çörəyi əlindən saldım. Dedim - “mənim atamı aparmısınız, gətirin”.

Özünümüdafiə batalyonunu seçib, apardılar. Bundan sonra çöldə 13 güllə səsi gəldi. Biz bu gün də bilmirik ki, hədəfə tuşlanmış güllə səsi imiş, yoxsa o insanlardan ümidimizi kəsmək üçün ediblər. Hələ də ümidimiz var ki, sağdılar. Məlumatımız yoxdur. Sağ olduqlarına güman edirik. Çünki əsirlikdə olan qadınlardan birinin dediyinə görə, məhz seçilib, çölə çıxarılanlardan 10 dəqiqə sonra qadın çölə çıxıb, qayıdanda yerdə qan izi görməyib. Bir ümiddir. İçimizdə yaşadırıq. Uşaqkən ən böyük xəyalım atama qovuşmaq idi. Atam Yusifəli Qarayev 25 yaşında şəhid oldu”.

L.Qarayeva atasının yaşamaması üçün dua etdiyini söyləyib:

“Böyüdükcə erməni əsirliyində olmağın çətinliyini gördüm. Hər gün dua edirəm ki, atam yaşamamış olsun. Bir qız övladı üçün atanın olmamağı çox ağırdır. Çox böyük itkidir. Xəyallarımı gerçəkləşdirə bilməmişəm. Atamın yoxluğunu hiss edirəm. Həmin qarlı qış gecəsində yaxınlarımı itirən hər kəs itkinin nə demək olduğunu bilir.

Xocalı soyqırımında Xocalı sakinlərindən elə bir ailə yoxdur ki, həmin gün öz nəsibini götürməmiş olsun. Bu gün ağır da olsa, onun sağ olmaması üçün dua edirdim. Ruhunun şad olduğunu bilirəm”.

Biz xocalıların itkilərinin təsəllisi yoxdur. Həmin gecə yaşadığımız, aldığımız travmalar unudulmayacaq. Razılaşmıram ki, Xocalı soyqırımının 613 şəhidi var. Xeyr, belə deyil. Xocalı soyqırımı zamanı olan itkilər həmin gecə ilə yekunlaşmır. Xocalı soyqırımından sonra 3-4 ay erməni əsirliyində qalanlar oldu. Azad olduqdan sonra fiziki, psixoloji təzyiqlərdən dünyasını dəyişənlər də az olmadı. Bütün bu itkilər Xocalı soyqırımının itkiləridir”.

Şəhid qızı torpaqların hər qarışını atasının məzar daşı hesab etdiyini söyləyib:

“Şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Biz o torpaqları itirmişdik. Düzdür, itkilərimiz olmuşdu. Şəhidlərimizin qanı yerdə qalmadı. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu.

Bütün şəhidlərə rəhmət diləyirəm. Amma bizə heç bir təsəlli yoxdur. Torpaqların azad olunması, bayrağımızın vaxtı ilə işğal altında olan torpaqlarda dalğalanması bizim üçün ən böyük fəxarətdir. Məzarı belə olmayan şəhidin qızı üçün işğal azad olunmuş torpağımın hər zərrəsi məzarsız şəhidimin məzar daşıdır.

Hər zaman təbliğat aparmalıyıq. Öz tariximizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Qərbi Azərbaycan torpaqlarının da bizim torpaq olduğunu sübut etməliyik, nəsillərə ötürməliyik”.

pia.az


Etiket: Xocalı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar