Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Azərbaycanda yerli özünüidarəetmə orqanları formal olaraq var, səlahiyyətləri yoxdur”

Azərbaycanda eyni sahə ilə bir neçə qurumun məşğul olması uzun zamandır müzakirə edilən məsələlərdəndir. Bu qurumların koordinasiyalı şəkildə işləməməsi nəticəsində ən çox əziyyət çəkən isə vətəndaşlar olur. Eyni problemlə bağlı qapı-qapı gəzən vətəndaşlar, problemi bir-birinə ötürən qurumlar... Dünya ölkələrində isə əksini görürük. Məsələn, Yaponiyada Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi var. Bizdə isə bu işlərə ayrı-ayrı qurumlar baxır, amma ortaya qoyulan iş çox aşağı səviyyədədir. Yaponiyada torpaq, turizm, nəqliyyat sahələrinin hansı səviyyədə inkişaf etdiyi göz qabağındadır. Bizdə isə... Mövcud problemlərin asan həlli üçün Azərbaycanda da bir sıra qurumların birləşdirilməsi təklif edilir.

İqtisadçı-ekspert Natiq Cəfərli Pravda.az-a açıqlamasında təklifə münasibətini bildirib.

O deyib ki, Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı uzun zamandır, işlər görülür: “Yaponiyada da bir az fərqlidir. Orada prefekturalar, yerli özünüidarəetmə orqanları, bələdiyyələr fəaliyyət göstərir və onların öz səlahiyyətləri var. Əslində mərkəzi orqanlar ölkənin müxtəlif sahələrinin siyasətini hazırlamalıdır. Onların siyasəti hansı yöndə olacaq, mərkəzi büdcədən nə qədər vəsait ayrılacaq və s. Yəni mərkəzi orqanlar daha çox bununla məşğul olmalıdırlar. Azərbaycanda da yerli orqanlar gücləndirilməli, böyük şəhər bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin işi gücləndirilməlidir. Məsələn, İstanbulun turizm sektorunun böyük bir qismini məhz İstanbul Şəhər Bələdiyyəsi tənzimləyir. Bizdə isə yerli özünüidarəetmə orqanları hələ formalaşmayıb. Formal olaraq var, amma səlahiyyətləri və məsuliyyətləri yoxdur. Ona görə də Azərbaycanda mərkəzləşdirilmiş qaydada bu işləri görmək mümkün deyil. Türkiyədən başqa bir örnək gətirsək, orada nəqliyyat sistemi də ayrı-ayrı qurumların deyil, bələdiyyənin əlindədir. Bizdə isə Bakı Nəqliyyat Agentliyi, “Baku Bus”, “Bakı Metropoliteni” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi var. Yəni bir çox orqan eyni sahədə fəaliyyət göstərir…”

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Ən çox oxunanalar