Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xorvatiya prezidenti: Rusiyanın məğlubiyyətini istəmək dəlilkdir…

Xorvatiya prezidenti Zoran Milanoviç Rusiyanın Ukraynadakı müharibə nəticəsində uduzacağı və nəticədə “parçalana biləcəyi” fikrini ağılsızlıq adlandırıb…

PİA.az xəbər verir ki, bu barədə Britaniyanın The Independent nəşrinin məlumatında bildirilir. Siyasətçi həmçinin Kiyevə öldürücü silahların verilməsinin əleyhinə çıxıb. Xorvatiya liderinin fikrincə, bu, müharibəni uzadır.

“Ukraynaya silah göndərməkdə məqsəd nədir? Rusiyanın parçalanması, hakimiyyət dəyişikliyi? Söhbət gedir ki, Rusiyanı parçalamaq lazımdır. Bu çılğınlıqdır. Başqa bir ölkədə döyüşən nüvə gücünə qarşı müharibə planlayırsıınız?” deyə Milanoviç öz müttəfiqlərinin Rusiyaya qarşı davranışlarını təəccüblə qarşılayıb..

Xorvatiya prezidenti indiki münaqişədə ABŞ-ın rolundan da danışıb. O bildirib ki, baş verənlərə görə ən az zərəri Vaşinqton ödəyir. Milanoviç hesab edir ki, Avropa bu müharibəyə görə digərlərindən daha çox əziyyət çəkir.

Qeyd edək ki, bir müddət əvvəl Xorvatiya prezidenti bildirmişdi ki, Rusiya 2014-2022-ci illərdə Ukraynada hərbi əməliyyatlara başlamaq üçün təhrik edilib. O, vurğulamışdı ki, Ukraynanı dəstəkləyən Qərbin bu münaqişədə məqsədi aydın deyil, çünki Rusiyanın arsenalında “altı min nüvə döyüş başlıqları” var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar