Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə Belarus hərbçilərinin birgə təlimi başlayıb

Bu, "İttifaq Qalxanı - 2023" birgə əməliyyat təliminə hazırlığın növbəti mərhələsidir...

Belarus Respublikası Silahlı Qüvvələri Regional Qoşunlar Qrupunun (RQQ) Birgə Komandanlığının qərargahı yanvarın 31-də təlimə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Belarusun Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Belarus və Rusiya hərbçiləri İttifaq dövlətinin hərbi təhlükəsizliyini təmin etmək məqsədi ilə RQQ-dən istifadə üzrə qərar qəbul etməyə dair tapşırıqları yerinə yetirəcək.

Təlim bir həftə sürəcək. Məlumata görə, “İttifaq dövlətinin hərbi təhlükəsizliyinin təmin edilməsi maraqları naminə qoşunların (qüvvələrin) regional qruplaşmalarından istifadə edilməsinə dair qərarların qəbulu" mövzusunda son illərin silahlı münaqişələri təcrübəsinə əsaslanaraq qoşunların imkanlarından birgə istifadənin mesajı da verilir.

Bildirilib ki, bu, "İttifaq Qalxanı - 2023" birgə əməliyyat təliminə hazırlığın növbəti mərhələsidir. Məlumata görə, növbəti təlimlər 2023-cü ilin sentyabrında Rusiya ərazisində keçiriləcək.

2022-ci il oktyabrın 10-da Belarus Prezidenti Aleksandr Lukaşenko Moskva ilə razılaşmalar çərçivəsində Belarus hərbi personalı əsasında regional qoşun qruplaşmasının formalaşmasına başlandığını elan edib. Ötən il dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Minskə səfəri zamanı bu istiqamətdə əməkdaşlığın davam edəcəyini bildirmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar