Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politico: Kremlin “maşası” Azərbaycan və Ermənistan arasında sülh prosesini pozur…

Moskvanın himayə etdiyi Ruben Vardanyanın Qarabağa gəlişi Azərbaycan və ermənistanı sülh prosesindən uzaqlaşdırıb…

ABŞ-da dərc olunan alman nəşri: “Rusiyadan olan milyarder Qarabağın erməni icmasının ictimai rəyini sülhün əleyhinə yönləndirir ki, bu da həm Bakının, həm də İrəvanın maraqlarına öldürücü təsir göstərir”.

PİA.az xəbər verir ki, ABŞ-da nəşr olunan Politico qəzeti Qarabağdakı vəziyyətlə bağlı məqalə dərc edib.

AzərbaycanErmənistan ötən ilin sentyabrına qədər sülh sazişinin imzalanmasına yaxın idilər. Lakin Rusiyanın atdığı addımlar, o cümlədən Ruben Vardanyanın Qarabağa göndərilməsi hər iki ölkəni sülh prosesindən kifayət qədər uzaqlaşdırıb.

Politico yazır ki, bütün cəhdlərə rəğmən Rusiya Azərbayca və Ermənistan arasında sülhü əngəlləməyə çalışır:

Avropa Siyasi Birliyinin sammitində Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyev bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını təsdiqlədikdə, sülh həmişəkindən daha mümkün və yaxın görünürdü. Həmin ana qədər Ermənistan rəhbərliyi heç vaxt Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımırdı. Sülh üçün qapılar hələ bağlanmasa da, indi qarşıda yeni bir maneə dayanır və bu mane Rusiya tərəfindən dəstəklənir”, deyə məqalədə bildirilir.

Nəşr dekabrın 12-dən bəri Şuşada qanunsuz təbii ehtiyyatların istismarına qarşı azərbaycanlı ekoloji fəalların davam edən aksiyasını Vardanyanın Moskvadan Qarabağa köçməsi ilə əlaqələndirib. Qeyd edilir ki, məhz Vardanyanın Qarabağın qızıl mədənlərini qanunsuz istismar etməsi ekofəallar tərəfindən Xankəndi-Yeravan yolunun bağlamanmasına səbəb olub.

Politico qeyd edir ki, Rusiyadan olan milyarder Qarabağın erməni icmasının ictimai rəyini sülhün əleyhinə yönləndirir ki, bu da həm Bakının, həm də İrəvanın maraqlarına öldürücü təsir gətirir.

“Vardanyan bölgədə sülhü əngəlləyən əsas faktora çevrilib və bunun üçün o, Rusiyanın ona tanıdığı imkanlardan geniş yararlanır”, deyə məqalədə vurgulanır.

Məqalənin müəllifi Vardanyanla Putin arasında mövcud olan əlaqədən də yazıb:

“Vardanyanın Moskvada yaxşı əlaqələri var. Bütün rusiyalı oliqarxlar Putinin mərhəmətindən asılı olaraq hərəkət edirlər və bu səbəbdən Vardanyanın Kremlin adamı olduğuna şübhə ola bilməz. Bu Ukraynanın Vardanyana qarşı sanksiya tətbiq etməsindən də açıqca görünür”, Politico yazır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar