Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın hərbi obyektlərinə hücumun hansı fəsadları ola bilər? - Regionda müharibə təhlükəsi varmı?

İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər...

Siyasi-şərhçi: “İrana qarşı son hücumlar əslində gözlənilən idi. Çünki İran nüvə razılaşmasına əməl etmir, terroru dəstəkləyən siyasət yürüdür, Rusiyaya yüzlərlə “Şahid” dronları verməklə ABŞ və Qərbə qarşı açıq cəbhədə iştirak edərək münaqişənin tərəfinə çevrilir”.

“Regionda yeni bir hərbi toqquşmanın başlanması Əfqanıstan ərazisindən ola bilər. Bildiyiniz kimi İran rejiminin əzəli düşmənlərindən biri məhz Talibandır”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İranın hərbi obyektlərinə endirilən zərbələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İsrail rəsmiləri İrana zərbə endirəcəklərini heç zaman istisna etməyiblər. Tel-Əviv arqumentini iki amillə izah edir. Birincisi, İran nüvə çalışmalarından əl çəkməyib. İkincisi, İran İsraili hədəf alan regional terrorçu qruplaşmaları maliyyələşdirir və silahlandırır.

Bəs İranın hərbi obyektlərinə 5 vilayətdə zərbələr endirilməsi regionun geosiayasi vəziyyətinə necə təsir edə bilər? Bu zərbələrə cavab regionda müharibəyə yol aça bilər? Və yaxu da əksinə zərbələrə cavab verilməsi İranın birbaşa zəifliyi kimi dəyərləndirilə bilərmi?

İsrailin İrana zərbələr endirməsinin nəticələrini PİA.az-ın əməkdaşı siyasi şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Bölgədə yeni münaqişənin baş vermə ehtimalı var. Əgər bu baş verərsə, region üçün çox ciddi problemlər yarada bilər”.

Azərbaycanın bu məsələdə neytral qalmasının və tərəf olmamasını lazım bilən eksper hesab edir ki, Ukraynada baş verənlərdən hamı dərs çıxarılmalıdır:

İrana qarşı son hücumlar əslində gözlənilən idi. Çünki İran nüvə razılaşmasına əməl etmir, terroru dəstəkləyən siyasət yürüdür, Rusiyaya yüzlərlə “Şahid” dronları verməklə ABŞ və Qərbə qarşı açıq cəbhədə iştirak edərək münaqişənin tərəfinə çevrilir. Görünən odur ki, Rusiya ilə yanaşı, İran da növbəti hədəflərdən biridir. Rusiya ilə yanaşı, İranında paralel çökməsi planlardan biridir.

Son günlərdə baş verən hücumlar əsasən İranın hərbi bazalarında, hətta paytaxt Tehranda belə müşahidə olunmuşdur. Bu hücumlar İranın hava müdafiə sistemlərinin bərbad vəziyyətdə olmasını üzə çıxarmaqla yanaşı, İranın heçdə göründüyü kimi güclü olmadıqını göstərdi.

Kamran Məmmədli: “İstisna deyil ki, İrana qonşu digər ölkələrdə bu prosesdə iştiraka cəlb oluna bilər”.

Fikrimcə, bölgədə yeni münaqişənin baş vermə ehtimalı var. Əgər bu baş verərsə, region üçün çox ciddi problemlər yarada bilər. Regionda yeni bir hərbi toqquşmanın başlanması Əfqanıstan ərazisindən ola bilər. Bildiyiniz kimi İran rejiminin əzəli düşmənlərindən biri məhz Talibandır.

Ancaq istisna deyil ki, İrana qonşu digər ölkələrdə bu prosesdə iştiraka cəlb oluna bilər. Xüsusəndə, Azərbaycanın bu məsələdə neytral qalması və tərəf olmamağı lazımdır.

Hesab edirəm ki, Ukraynada baş verənlərdən hamı dərs çıxarılmalıdır. Ukrayna hazırda ABŞ-Rusiya savaşının poliqonuna çevrildiyi kimi, ehtimal olunan İranla müharibədə başqa bir digər ölkələridə poliqona çevirmək istəyənlər olacaq.
Azərbaycan dövləti olaraq biz bu oyunlardan kənarda qalmalı və bütun bunları diqqətdə saxlamalıyıq. Müharibə olduğu təqdirdə, Rusiya-Ukrayna müharibəsində olduğu kimi balanslı siyasət yürütməliyik”.

Nərminə UMUDLU
pia.az


Etiket: İsrail-İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar