Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mağazanın damını sökərək oğurluq edən şəxs tutulub

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Obyektin damını sökərək içəriyə daxil olan naməlum şəxs oradan 6500 manat pulu götürərək hadisə yerindən yayınıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən, əvvəllər də məhkum olunmuş Şəmil Əmrahov tutulub. O, ifadəsində oğurluq etdikdən sonra Bakı şəhərinə getdiyini və əldə etdiyi pulu paytaxtda xərclədiyini bildirib. Bir qismi isə Şəmil Əhmədovdan maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə Göyçay şəhər sakini İlqar Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanıb. Araşdırma zamanı İlqar Muradovun həmin narkotik vasitə və psixotrop maddəni keçmiş məhkum Pərviz Abdullayevdən aldığı müəyyən edilib.

Şübhəli şəxs qismində saxlanılan Pərviz Abdullayevin üzərinə və yaşadığı ünvana baxış keçirlərkən heroin, marixuana, metadon, eləcə də tramadol həbləri aşkar edilərək götürülüb. O, ifadəsində həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran vətəndaşından onlayn yolla aldığını bildirib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

pia.az

 


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar