Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz

Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NATO-nun İtaliyanın paytaxtı Romadakı Müdafiə Kollecinin yüksəkixtisaslı kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçudur...

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ötən il avqustun 16-dan cari il yanvarın 27-dək davam edən kursda təkcə NATO-ya üzv dövlətlərin deyil, həm də alyansın tərəfdaşı olan ölkələrin hərbi qulluqçuları iştirak ediblər. Zabitlərin hazırlanmasına və təliminə yönələn kurs müddətində ölkələrin silahlı qüvvələrinin, mədəniyyətinin, ənənələrinin və milli mətbəxinin təqdimatları da olub.

Hərbi qulluqçularımızın bu kurslarda iştirakı Azərbaycan-NATO tərəfdaşlığının yüksək səviyyədə olmasının göstəricisidir.

Qeyd edək ki, NATO Müdafiə Kolleci ilə Azərbaycan artıq uzun illərdir əməkdaşlıq edir. Bu kollecdə kurs keçən zabitlərimiz Azərbaycan Silahlı Qüvvələri sıralarında layiqincə hərbi xidmət keçirlər.

pia.az


Etiket: NATO

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar