Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Analitik: “Bakı səfirliyə hücuma sərt cavab verməlidir”

“Tehran diqqəti daxili iğtişaşlardan yayındırmaq, Bakı ilə İrəvan arasında sülh prosesini pozmaq üçün bütün imkanlardan istifadə edir”...

Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman bildirib.

Ekspertin fikrincə, Azərbaycanın İrandakı səfirliyinə hücum təsadüfi deyil: “Vyana Konvensiyası təsadüfən deyil, qəsdən pozulub. Son hadisə Bakını qorxutmaq üçün verilmiş siyasi siqnaldır. Odur ki, cavab qəti və rəsmi olmalıdır”.

İ.Zukermanın sözlərinə görə, ilk növbədə, səfirlik əməkdaşlarının təhlükəsizliyini tam təmin etmək lazımdır, bu xain hücumun təşkilatçılarını, o cümlədən onların arxasında duran məmurları müəyyən etmək üçün tədbirlər görülməlidir: “Əks halda bu, səfirin ölkədən geri çağırılması və diplomatik münasibətlərin məhdudlaşdırılması da daxil olmaqla, diplomatik münasibətlərə zərbə ola bilər”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar