Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçiriləcək

Silahlı hücum nəticəsində həmyerlimizin həyatını itirməsi Amerikada yaşayan azərbaycanlı və yəhudi icmasının fəallarını yasa boğub...

ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları BMT-nin mənzil-qərargahı önündə İranda Azərbaycan səfirliyinə qarşı terror aktı əleyhinə aksiya keçirəcəklər.

Bunu “Report”un yerli bürosuna açıqlamasında ABŞ-nin Nyu-York ştatında fəaliyyət göstərən “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramov deyib.

Y.Abramov deyib ki, İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir:

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı İran İslam Respublikasının son vaxtlar nümayiş etdirdiyi müttəfiq və qonşuluq münasibətlərinə zidd davranışlarının bir parçasıdır. İran hakimiyyəti beynəlxalq hüququn normalarını pozub və bunun üçün cavab verməlidir. Bu mənfur terror hücumu qəbuledilməzdir.

Silahlı hücum nəticəsində həmyerlimizin həyatını itirməsi Amerikada yaşayan azərbaycanlı və yəhudi icmasının fəallarını yasa boğdu. Beynəlxalq hüquqa və konvensiyalara əsasən, diplomatik korpuslar toxunulmazdır və hər bir dövlət ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməlidir. İran hökuməti niyə bu terror aktının qarşısını almayıb və ya almaq istəməyib? Bu suala cavab tələb edirik.

ABŞ Dövlət Departamentinin bu xain terror hücumunu qınamasını alqışladıq. Beynəlxalq ictimaiyyət terror hadisəsinə göz yuma bilməz. Məsələni ictimailəşdirmək üçün Nyu-Yorkda yaşayan həmyerlilərimizi BMT-nin mənzil-qərargahı önünə dəvət edirik. Məsələyə hüquqi qiymət verilənə qədər dünya ictimaiyyətinin diqqətini baş verənlərə yönəltməyə çalışacağıq”.

pia.az


Etiket: BMT aksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar