Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hulusi Kılıç: Azərbaycana qarşı hücumu Türkiyəyə qarşı hücum kimi qiymətləndiririk

Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı törədilən xain hücumun kimlər tərəfindən həyata keçirildiyi müəyyən edilməlidir. İranı məsuliyyətə dəvət edirəm...

Bunu APA-nın İstanbul müxbirinə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç bildirib.

O, son zamanlar İranın Azərbaycanın əldə etdiyi uğurlardan narahat olduğunu diqqətə çəkib.

Azərbaycanın 44 günlük müharibə qazandığı Zəfərdən sonra İranın narahat olduğunu görürsüz. Bu uğur niyə İranı narahat edir, bunu anlamıram. Azərbaycanla sərhəddə hərbi təlimlər, Prezident Ərdoğanın Bakıda dediyi şeirə göstərdikləri reaksiya, Ermənistanla birgə təlim keçirmək arzusu, Ermənistanda konsulluq açmaqları, o cümlədən, Azərbaycana qarşı səsləndirilən iyrənc açıqlamalar həm Azərbaycanı, həm də Türkiyəni narahat etməkdədir”, - deyə o bildirib.

Səfir, İranın Şuşa bəyannaməsi ilə Azərbaycan və Türkiyənin “bir millət, bir dövlət” olduqlarını bilməsinin vacibliyini də vurğulayıb.

Azərbaycana qarşı həyata keçirilən hər bir hücumu biz Türkiyəyə qarşı hücum kimi qiymətləndiririk. Azərbaycanın Tehrandakı səfirliyi bizim birgə səfirliyimizdir. Biz bu iyrənc hücumu həyata keçirənlərin tez bir şəkildə müəyyən edilməsini istəyirik”.

Hulusi Kılıç, həmçinin, hücumla bağlı Azərbaycan xalqı və səfirliyin qətlə yetirilən əməkdaşı Orxan Əsgərovun ailəsinə başsağlığı verib.

pia.az


Etiket: Hulusi Kılıç


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar