Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada öldürülmüş azərbaycanlı “vaqnerçi”…

Priqojin onu Rusiya həbsxanasından azad edərək döyüşmək üçün Ukraynaya yollayıbmış…

“Reuters” Agentliyi Rusiyanın cənubunda döyüşlərdə öldürülmüş “Vaqner” muzdlularının basdırıldığı qəbristanlıq aşakr edib.

PİA.az xəbər verir ki, Agentliyin həmin qəbristanlıq barədə hesabatında azərbaycanlı da var.

Rusiyanın cənubunda yerlşən və sürətlə genişlənən Martan qəbristanlığındakı məzarlardan birinin üstündəki taxta nişanı üzərində azərbaycanlı adına da rast gəlinir. “Reuters” Agentliyinin iddasına görə, bu öldürülmüş muzdlular arasında ən yaşlı adamdır. Həmin şəxsin Fail Nəbiyev olduğu bidirilir.

Nəbiyev Moskvadan 200 mil şimal-şərqdə, İvanovo vilayətinin 2 saylı Cəzaçəkmə Koloniyasında oğurluğa görə bir il yarım cəza çəkib və bu onun ikinci məhkimluğu olub. 2022-ci ilin may ayında Suzdal şəhər məhkəməsi onu qarajdan 5500 rubl (80 ABŞ dolları) dəyərində oğurluq etməkdə təqsirli bilib.

İslami aypara ilə bəzədilmiş sadə taxta qəbir nişanına görə, Nəbiyev oktyabrda, hökm çıxarıldıqdan beş ay keçməmiş öldürülüb. O, 60 yaşında ölüb.

Nəbiyevin vətəndaş nigahında olduğu arvadı Olqa Viktorova “Reuters” Agentliyinə ərinin Ukraynada hərbi kampaniyada “Vaqner”in tərkibində xidmət edərkən öldürüldüyünü təsdiqləyib. O, ərinin həbs müddəti başa çatmaq üzrə olduğunu və onun kredit kartı ilə bağlı xeyli borcunun olduğunu və indi bu borcları ödəməli olduğunu söyləyib. Viktorova ərinin “vaqnerçilərə” qoşulduğunu onun ölümündən sonra öyrənib.

Rusiyanın müstəqil xəbər saytı “iStories” bilirib ki, Vaqnerin rəhbəri Priqojin avqust ayında döyüşçüləri cəlb etmək üçün 2 saylı Cəzaçəkmə Koloniyasına gedibmiş.

“Onun həmişə çılğın fikirləri olub. İslah olunmaz optimist idi. Çox güman ki, Ukraynaya vuruşub pul qazanacağını düşünüb”, deyə Viktorova bildirib.

Kreml, Rusiya Müdafiə NazirliyiRusiya penitensiar rəhbərliyi bu məqalə ilə bağlı suallara cavab verməyib.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar