Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ukraynaya tank verilməsini tənqid edib

ABŞ-ın keçmiş prezidenti əmindir ki, indi hər şey qaçılmaz olaraq nüvə müharibəsinə doğru gedir...

PİA.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Qərb ölkələrinin Ukraynaya tank verilməsini tənqid edib. O, özünün “Truth Social” sosial şəbəkəsində bildirib ki, bu, zamanla Ukraynaya nüvə silahının verilməsinə qədər inkişaf edə bilər:

“Əvvəlcə tanklar, sonra nüvə bombaları olacaq. Bu çılğın müharibəni bitirin. Bunu etmək çox asandır!”, deyə keçmiş prezident yazıb.

Buna baxmayaraq, Tramp Ukraynada müharibəni asanlıqla və tez bitirmək üçün konkret olaraq nə etmək lazım olduğunu açıqlamayıb.

Qeyd edək ki, Putinə rəğbəti ilə məşhur olan Donald Tramp Ukraynaya müdaxilədən bir qədər əvvəl Kreml LDNR-i müstəqil dövlətlər kimi tanıyırkən Putini ictimaiyyət qarşısında tərifləyib.

Aprel ayında müharibənin artıq qızışdığı bir vaxtda Tramp Rusiyanın təcavüzünü Ukrayna xalqının soyqırımı adlandırmışdı.

Avqust ayında Tramp Ukraynanın Krımdan və NATO kursundan əl çəkəcəyi təqdirdə Rusiya ilə sülh müqaviləsi bağlaya biləcəyi fikrini bildirmişdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar