Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞ PA-da Azərbaycanın üzləşdiyi mina problemi ilə əlaqədar tədbir keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il 23-27 yanvar tarixlərində keçirilən qış yarımsessiyası çərçivəsində Azərbaycanın üzləşdiyi mina problemi ilə əlaqədar “Humanitar minatəmizləmə fəaliyyəti: sülhə və dayanıqlı inkişafa yol açmaq” başlığı altında tədbir təşkil edilib.

“Report”un yerli bürosu bildirir ki, məcburi köçkünlərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini, Azərbaycanda davam edən minatəmizləmə prosesini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın və yardımın səfərbər edilməsinin zəruriliyini vurğulamaq məqsədilə keçirilən tədbirdə AŞ PA üzvləri, Strasburqdakı diplomatik korpusun nümayəndələri, Avropa Şurası katibliyinin əməkdaşları və digər əlaqədar şəxslər iştirak ediblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizin dünyanın mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələrindən biri olduğunu və postmünaqişə dövründə bu ciddi humanitar problemin fəsadları ilə üz-üzə qaldığını diqqətə çatdırıb.

O, işğaldan azad edilmiş ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinin genişmiqyaslı yenidənqurma və bərpa işlərinin sürətinə mane olduğunu, insanların həyat və təhlükəsizliyinə, bununla da yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşmasına ciddi təhlükə yaratdığını vurğulayıb. 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra həmin ərazilərdə mina partlayışları nəticəsində 282 insanın həlak olması və ya yaralanması faktının problemin ciddiliyini göstərdiyini söyləyib.

Tədbirdə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının məsul işçisi Sultan Hacıyev və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirilmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov təqdimatla çıxış ediblər.

S.Hacıyev uğurlu humanitar minatəmizləmənin azad edilmiş ərazilərin bərpa və yenidən qurulmasının başlıca şərtlərindən biri olduğunu vurğulayaraq, Azərbaycan hökumətinin bu sahədə davamlı səylərindən danışıb. O, minalar və partlamamış hərbi sursatlar probleminin həllinin regionda inkişaf və sabitlik üçün böyük əhəmiyyətinin olduğunu vurğulayıb.

R.Əzizov ölkəmizin üzləşdiyi bu problemin miqyası və mürəkkəbliyi, ANAMA-nın minatəmizləmə əməliyyatlarında tətbiq etdiyi qabaqcıl üsullar, bu sahədə əldə edilmiş nəticələr və çağırışlar haqqında auditoriyaya məlumat verib.

Çıxışlarda və habelə auditoriyanın suallarına cavablarda minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti prioritet sahələrdən biri kimi ayrıca olaraq diqqətə çatdırılıb.

Tədbirə yekun vuran S.Seyidov xüsusilə natiqlərin təqdimatında bəhs edilən, bölgədə münaqişə bitdikdən sonra 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə gətirilməsi faktını bir daha diqqətə çatdırıb və bu mühüm faktın Laçın yolu ətrafında Azərbaycan əleyhinə aparılan kampaniya kontekstində hər kəs tərəfindən ciddi nəzərə alınmalı olduğuna dair AŞ PA və digər beynəlxalq təsisatlara çağırış edib.

pia.az

 


Etiket: AŞPA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar