Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı alimin Omandakı addımı

Sultan Qabus Universitetinin Ədəbiyyat və ictimai fənlər fakültəsi Ərəb dili və ədəbiyyatı kafedrasının azərbaycanlı doktorantı Rəşad Həsənov “Cübran Xəlil Cübran və Hüseyn Cavid yaradıcılığında qadın obrazları” (müqayisəli tədqiqat) mövzusunda doktorluq dissertasiyasını müdafiə edib...

Dissertasiya işi livanlı yazıçı Cübran Xəlil Cübran (1883 – 1931) və azərbaycanlı yazıçı Hüseyn Cavidin (1882 – 1941) əsərlərində qadın obrazlarının tədqiqinə həsr edilib. Sözügedən dissertasiyada Cübranın “Marta əl-Baniyyə”, “Varda əl-Hani”, “Kafir Xəlil” hekayələri, “Qırıq qanadlar” romanı, Hüseyn Cavidin “Ana”, “Maral” və “Afət” pyeslərində iştirak edən qadın qəhrəmanlar arxetipik obrazlar şəklində tədqiq edilib.

Müəllif müqayisəli ədəbiyyatşünaslığın Amerika məktəbini əsas götürməklə yanaşı, Cübranla Cavidin yaşadığı dövrün tarixi, ictimai, siyasi və mədəni mənzərəsinə də geniş yer verib.

Tədqiqatda hər iki yazıçının müxtəlif mövzularda romantizmlə üst-üstə düşən şəxsi mövqe və baxışları, eləcə də tədqiq olunan əsərlərin bədii strukturunda istifadə edilmiş metodlar öz əksini tapıb.

Elmi Şurada İngilis dili və ədəbiyyatı kafedrasından Dr. İzzə əl-Kindi sədr, Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. İhsan Sadiq Əlləvati elmi rəhbər və Dr. Məhrus əl-Quləli daxili ekspert, Suhar Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Nidal əş-Şəmali və II Əlcəzair Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasından Prof. Dr. Vəhid bin Bu Əziz isə xarici ekspert qismində iştirak ediblər.

Elmi Şuranın qərarına əsasən doktorant Rəşad Həsənova ərəb ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Qeyd edək ki, Rəşad Həsənov ali təhsilinin bakalavr pilləsini Azərbaycan Beynəlxalq Universitetinin regionşünaslıq fakültəsində, magistr pilləsini Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində alıb. Soydaşımız doktorluq dissertasiyasını müdafiə etmək üçün Omandakı Sultan Qabus Universitetini seçib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar