Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni şeirlər - "Məndə yalnız nəsə var..." - Paşa Talıblı

Yazılma tarixi...

Eh, aşıq şerinin dirisiyəm mən!..
...işığa qaçırdı işıqdan düşən!
Kimsə kisə bilib silkələsəydi;
taledi ya mizrab - aşıqdan düşən...

...nə idi dağların qalları orda?
...ya ayran ya ayranaşı qalıydı.
...Ələsgər dörüydü aşıq şerinin,
onda dövrün adı Aşıq Alıydı.

...dəhlizin yolları çəkilməmişdi,
daralan kəhrizin cığırı idi.
Çox dedim "bənd olma aşıq deyənə",
aşıq gördüyünü çağırır - dedim.

Bir aşıq şeri də deyişmələrdi,
misilli misralar deyişdirmişəm...
Bu şer də köhnədi, təzə yazmadım,
yazılma vaxtını dəyişdirmişəm.

Hay-küylü səssizlik...

...ölüm elə bir şeydir ki
qal da, köç də elə deyil.
...bilirik - hamı öləcək!
Amma heç də elə deyil!..

...nə fərqi, sən kiminləsən -
özünləmi, xatınlamı?
...ölümü xatırlayırsan,
ölüm səni xatırlamır.

...bir az vaxtı unudursan,
bir az vaxt səni unudur.
...amma nə sonun başıdı
nə də əvvəlin sonudu.

...hamı bilir ki, öləcək -
yenə işində- gücündə!
...ya məndə yalnız nəsə var,
ya mən yalnızlıq içində.

Müjgan əhvalatı...

...yenə qaş altında gözlər oynayır,
yenə gizli-gizli oyurlar bizi.
...atıb necə gəldi müjganlarını,
yaralı bir günə qoyurlar bizi.

Nədi, bu gözləri belə oynadan?..
Nə var, bu gözlərdə- oynayır belə?
Yazıq ürəyimiz deşik-deşikdi,
müjganlar dəydikcə göynəyir elə.

Müjganlar "havanın bağrını dəlir"!
Hava qurbanıdı indi gör nəyin...
Elə qurban gedir ürəklərimiz,
gəlir üstümüzə qanlı köynəyi...

Elə hər işimiz ürəknən olur,
bacara bilmirik ürəyimiznən.
...gözlər atır yenə müjganlarını,
yenə ağrıyırıq ürəyimizdən.

Ümidə bənzər Tanrı...

...yəni, gününü keçirir,
üzü axşamadı hamı.
Hər gün ovcuna yığdığı
illəri ovcundan damır.

...həmişə belədir, qarson
heç yerdən heç nə yox olmur.
...maraqlıdı, dağılan vaxt
bir də ovuca yığılmır.

Ən azı bir yerdə çoxuq,
yəni, dirilikdi, birlik!
...ağac var yaşı min ildi,
ot var birillikdi, bildik!

...bilmək istəyirsən?..necə?
...xalismi hər görünən zər?
Bir ümid tap- çilməçilik,
bir Tanrı- ümidə bənzər.

Söz misalı...

Necə eləyəsən geri dönməsin...
Yenə döyüş günü əmud deyəndi!
...qürbətdi - gözü ac, qursağı da dar,
adam yeyən deyil, ümid yeyəndi.

...kim nəynən məşğuldu?..qalalı dağlar
ora-burasını qalalamaqnan.
...qərib canındakı yurd yerlərini
könülsüz-könülsüz malalamaqnan.

...eşitməkdən qalır qulaqlarımız,
gözümüz yumulur gəlib-gedənə.
Söz misalı, indi fərman verilir...
Fərman keçərmola yolsuz Vətənə?

Yalnızlığın qiyamı...

...biz onda iki nəfərdik;
Allah, mən - ikimiz, atam!
Mən onda hələ bilmirdim
necolur Allasız adam.

...əl mənim, ətək Allahın!
...əlimdə bir ətək qaldı!
...dedilər axı: ölüm var!
Allah öldü, mən tək qaldım...

...biri yolu tutub getdi,
biri özünün yasında!
...mən də tək - Allahsız, yolsuz
qara dərviş libasında.

...cəhənnəmə, gora qalsın!
Bir qara gor qaldı, atam.
...Allah öldü, mən tək qaldım,
işığa kor qaldım, atam!

Hər şey hesaba çəkilir...
Nə çəkilsə pərsəng qaldı!
...biz onda iki nəfərdik!
Biri öldü, mən tək qaldım...

***
Şairlər özünü asdığı yerdən
aparın ölkənin bayrağın asın...( T. Turan )

...görən, sonda ölən tək ümiddimi,
görən, tək ölümmü belə yassardı?
..."şairlər özünü asdığı yerdən" -
İlahi, kim belə bir də yazardı?!

...elə misralar var, elə duyğular
başı ərş-əlada...yastığı yerdə!
...camaat, bayraqlar doğulur, baxın
şairlər özünü asdığı yerdən!

...divarnan söhbətdə elə lisan ki -
içində qürubun tökülür qanı!
...hanı barmaqların, bədənsiz adam,
öpmək istəyirəm - əllərin hanı?!

Paşa Talıblı
Rusiya...Volqoqrad şəhəri...

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar