Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Akademik Xoşbəxt Yusifzadə” tankeri ilk səfərini reallaşdırıb

Tanker buradan qəbul etdiyi xam nefti Səngəçal Dəniz Limanına çatdırıb...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-də tikilmiş və ötən ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilmiş “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ilk səfəri Türkmənistanın Kianlı limanına olub.

Bu barədə ASCO-dan məlumat verilib.

Məlumata görə, tanker buradan qəbul etdiyi xam nefti Səngəçal Dəniz Limanına çatdırıb.

Uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin heyəti 15 nəfərdən ibarətdir.

Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak.San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar